Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Əslən yəhud kökənli olan Səudiyyə sülalə rejiminin məhkəməsi Məhərrəm ayının 11-i bazar ertəsi səhər Səudiyyə vəhhabi sülalə rejimi tərəfindən Qətif əyalətinin Əl-Xuveylidiya şəhərindən olan Şiə əqidəli siyasi məhbus Mehdi bin Əhməd bin Casim Əl-Bəzrunu edam edərək Şəhid edib.
Səudiyyə rejimin Daxili İşlər Nazirliyi rəsmi açıqlamada, həmişə olduğu kimi, mərhum Əl-Bəzrunu “terror aktları, terror qruplaşmasına üzv olmaq, partlayıcı hazırlamaq, silah saxlamaq və axtarışda olan şəxslər haqqında məlumatı gizlətməkdə” ittiham edib. Mərhum Mehdi bin Əhməd bin Casim Əl-Bəzrunun ailəsi və hüquq müdafiəçiləri isə rejim tərəfindən irəli sürülən ittihamları uydurulmuş, siyasi və əsassız hesab edirlər.
İnsan Haqları Komitəsinin məlumatına görə, Mehdi Əl-Bazroun 2019-cu ildə Səudiyyə qüvvələrinin Əl-Xuveylidiya şəhərinə basqın etdikdən sonra həbs edilib və naməlum yerə köçürülüb və o vaxtdan bəri açıq məhkəməyə getmədən gizli həbsdə saxlanılıb.
Sizin rəyiniz