8 iyul 2025 - 18:39
Yəmən Silahlı Qüvvələri növbəti sionist gəmisini suya batırdı

Yəmən Silahlı Qüvvələri sionist cühüd rejiminə gedən gəmini 5 raketlə hədəfə alıb və onu tamamilə sıradan çıxarıb.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Faşist İsrail rejiminə yardım üçün gedən milliyyəti və təyinat yeri qeyd olunmayan gəmi Hudeydə limanının qərbində Yəmən Silahlı Qüvvələri tərəfindən 5 raketlə hədəfə alınıb və böyük ziyan görüb və hərəkət qabiliyyətini tamamilə itirib.

Xatırladaq ki, 7 Oktyabr 2023 əməliyyatından və sionist rejimin Qəzza zolağında SOYQIRIM və vəhşi cinayətlərinin başlanmasından bəri Yəmən Silahlı Qüvvələri müharibədən əziyyət çəkən və mühasirədə olan Qəzzə xalqına dəstək məqsədilə sionist rejimin dəniz blokadasını həyata keçirir və İsrail limanlarına doğru hərəkət edən bütün gəmiləri hədəfə alır.

Sizin rəyiniz

You are replying to: .
captcha