Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Bəhreynə qanunsuz yollarla hakim kəsilmiş yəhudi kökənli Xəlifə sülalə rejimi Bəhreynin müxtəlif bölgələrində təhlükəsizlik vəziyyətini gücləndirməklə Aşura mərasimlərinin təşkilatçılarına qarşı təzyiqləri artırıb və saxta bəhanələrlə alimləri, əzadarları və vətəndaşları şöbəyə çağırmaq, həbs etmək və sıxışdırmaqda davam edir.
Yerli mənbələr, Bəhreynin paytaxtı yaxınlığındakı Bab əl-Bəhreyndə bir neçə gəncin sadəcə olaraq üzərində İmam Hüseyn şüarları olan baş bandı taxdıqlarına görə həbs edildiyini bildiriblər.
Vəhhabi rejiminin təhlükəsizlik qüvvələri Əkər bölgəsindən olan Məhəmməd Əhməd Razini də unudulmaz şəhid Seyyid Həsən Nəsrullahın kölgəli şəkli olan köynək geyindiyi üçün həbs edib.
Sizin rəyiniz