“İSRAİLƏ ÖLÜM” ŞÜARI ARTIQ QƏRB MƏDƏNİYYƏTİNİN TƏRKİB HİSSƏSİNƏ ÇEVRİLİB
Britaniyanın rep-pank qrupu Bob Vylan səhnədə “İsrailə Ölüm!” şüarını verdi \ FOTO
“New York Times” qəzetinin yazdığına görə, həftəsonu 273.000 dinləyicisi olan qrup İngiltərədəki Qlastonberi festivalında “İsrail ordusuna ölüm” şüarını səsləndirdikdən sonra ən məşhur pank rok qrupu olub.
Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Britaniyanın rep-pank qrupu Bob Vylan BBC-nin canlı yayımında "İsrailə ölüm" şüarını səsləndirdikdən sonra daha da məşhurlaşdı.
“New York Times” qəzetinin yazdığına görə, həftəsonu 273.000 dinləyicisi olan qrup İngiltərədəki Qlastonberi festivalında “İsrail ordusuna ölüm” şüarını səsləndirdikdən sonra ən məşhur pank rok qrupu olub.
Söz və vicdan azadlığından dəm vuran “qərb dövlətləri” dözümsüzlük göstərərək bazar ertəsi Britaniya polisi simasında bu şüarlarla bağlı cinayət işi açıb. İngilus polisinin bu addımı Britaniyanın Baş Naziri Keir Starmer və yəhudi qrupları tərəfindən bu mahnının qınanmasından az sonra baş verib.
ABŞ-da dövlət katibinin müavini Kristofer Landa da öz növbəsində dözümsüzlük nümayiş etdirərək Bob Uilanın qrupunun üzvlərinin vizalarını ləğv etdiyini və onların bundan sonra ABŞ-da qastrol səfərinə çıxa bilməyəcəklərini bildirib.
Qeyd edək ki, konsert BBC-də canlı yayımlanıb və qrup səhnənin arxasında asılmış Fələstin bayrağı altında çıxış edib.
Bob Vylan ifasının ortasında deyib: "Biz diqqətli olmalıyıq, çünki şou BBC-də canlı yayımlanır". sonra müğənni "Fələstinə Azadlıq" qışqırmağa başlayıb və kütlə də yekdelliklə şüara qoşularaq "Fələstinə Azadlıq" qışqırıblar. Daha sonra Bob Vylan: "Bəs bunu necə? Aya bunu eşitmisiniz? “İsrail ordusuna ölüm!" – deyərək qışırıb. Konsertdə olan kütlə də hamılıqla “İsrail ordusuna ölüm!" şüarını uca səslə qışqırıblar.
Sizin rəyiniz