Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: USA Today-in verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp Fransa prezidenti Emmanuel Makronun Vyetnama gəldikdən sonra təyyarədə həyat yoldaşı tərəfindən sillələməsinə reaksiya verib.
Sosial şəbəkələrdə Emmanuel Makronun həyat yoldaşı Bricitin təyyarənin Vyetnama endikdən sonra Makrona şillə vurduğu videonun yayılması bir çox xəbərlərə səbəb olub.
Hadisə ilə bağlı suala cavab olaraq Tramp Makrona tövsiyə edib: “Qapının (təyyarənin) bağlı olduğundan əmin olun!”
O, bu hadisəni kiçik hesab edərək, əlavə edib: “Onun (Makron) halı yaxşıdır. Onların halı yaxşıdır. Onlar həqiqətən yaxşı insanlardır və mən onları yaxşı tanıyıram!”
Qeyd edək ki, Makron hadisədən sonra yayılan şayiələri “cəfəngiyyat” adlandıraraq, baş verən hadisənin onun və həyat yoldaşının səmimi olduğunun və zarafat etdiklərinin göstəricisi olduğunu iddia edib!
Bununla belə, Makronun şillə vurulduqdan sonra məəttəl və mat qalmış sifəti və hadisələri qeydə alan kameraya baxışı Makron haqqında fərqli bir hekayə danışır!
Sizin rəyiniz