Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Səudiyyə Ərəbistanının Həcc rəsmiləri bu ilin ən yaşlı zəvvarı kimi 109 yaşlı indoneziyalı Nene Somboku seçiblər.
“Nene Sombok” kimi tanınan 109 yaşlı Nene Sombok 2025-ci ildə İndoneziyanın ən yaşlı zəvvarına çevrilib. Onun titrək addımlarına və zəif eşitmə qabiliyyətinə baxmayaraq, ruhani səyahətə çıxmaq əzmi sarsılmaz olaraq qalır.
“Arzum budur ki, mənim həccim qəbul olunsun və bərəkətli olsun”, - o, qızı Sukmi vasitəsilə Yava dilində dua edib.
Qeyd edək ki, ötən il 104 yaşlı iraqlı Kazemiya Hatəm Həcc ziyarətini uğurla yerinə yetirib.
Yaşlı zəvvarlar üçün səfər xüsusi ehtiyat tədbirləri tələb edir.
Sizin rəyiniz