Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Fələstinin Şehab xəbər agentliyi faşist İsrail rejimi dünən gecə və bu gün səhər Qəzzanın müxtəlif bölgələrinə qarşı vəhşi hücumlarını davam etdirdiyini bildirib. Məlumata görə qaniçən faşist İsrail rejiminin Qəzzanın mərkəzində Deyr Əl-Balahda yerləşən Əl-Bərəkə bölgəsində bir fələstinli ailənin evinə raket hücumu 5 nəfərin şəhid olması ilə nəticələnib.
Sionistlər həmçinin Qəzzanın şimalında yerləşən Cəbəliyyədə Sultan Qülləsi ilə üzbəüz yerləşən yaşayış binasını raket hücumu ilə hədəfə alıblar və bu hücumda da onlarla fələstinli şəhid olub və yaralanıb.
Həmçinin, Cəbəliyyənin Əl-Nuzha küçəsində yerləşən yaşayış evi terrorçu İsrail yəhudi rejiminin döyüş təyyarələrinin hədəfinə çevrilib və nəticədə bir neçə uşaq şəhid olub. Cəbəliyyədəki hücumlarda ən azı 10 fələstinli şəhid dağıntılar altından çıxarılıb, onlarla insan yaralanıb.
Bu hücumlar zamanı Cüneyd və Nabhan ailələrinin də daxil olduğu mülki insanların evləri bombalanmış, uşaq və körpələr də daxil olmaqla 12 nəfər şəhid olmuşdur. Dağıntılar altından çıxarılan uşaqların cəsədlərinin yayımlanan görüntüləri ürək ağrıdır və insanı şoka salır.
Sizin rəyiniz