Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Livan Hizbullahının Siyasi Şurasının üzvü Mahmud Qəmati Livan düşmənlərinin yaratdığı və məqsədi ölkəni məhv etmək olan ekzistensial təhlükələr barədə xəbərdarlıq edib və livanlıları milli birliyə çağırıb.
Livanda müqavimətin tərksilah edilməsi və ölkənin bütün güc komponentlərindən boşaldılması üçün ABŞ və sionist rejimin təzyiqləri davam edərkən, Hizbullahın Siyasi Şurasının üzvü Mahmud Qəmati verdiyi açıqlamada Livanın bütün komponentlərini təhdid edən ekzistensial təhlükə barədə xəbərdarlıq edib.
Mahmud Qəmati deyib: "Livan artıq təkcə təkcə öz sərhədlərində təhdid edilmir. Daha böyük təhlükə budur ki, bu gün Livanın, bir milləti, siyasi quruluşu və birgəyaşayış və vətəndaş sülhü bir vətən olaraq, mövcudluğu təhdid edilir.
O, əlavə edib: "Bu təhlükə və təhdid məzhəblərdən tutmuş qruplara qədər Livanın bütün komponentlərinə şamil olur və düşmənin bəyanatları açıq şəkildə Livanın mövcudluğuna təhlükə olduğunu göstərir. Ona görə də, milli birlikdən başqa seçimimiz yoxdur və biz hamımız Livan Ordusu ilə birlikdə vətənimizi qorumaq üçün bütün gücümüz və imkanlarımızla siyasi və sosial baxımdan birləşməliyik".
Sizin rəyiniz