30 iyul 2025 - 17:14
Source: SAHAR TV
İraq Baş Naziri: Həşdüş-Şəbi qüvvələrəini qətiyyətlə dəstəkləyirik!

"Associated Press"ə  müsahibə verən İraqın baş naziri Məhəmməd Əs-Sudani ABŞ və sionist rejimin İrana təcavüzü ilə bağlı deyib: "Qonşumuz İranın təhlükəsizliyi bizim təhlükəsizliyimiz və regionun təhlükəsizliyidir və biz torpağımızdan qonşularımızın təhdid edilməsinə icazə verməyəcəyik".

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İraqın baş naziri ABŞ və müttəfiqlərinin İraq parlamentində Xalq Səfərbərlik Qüvvələri ilə bağlı qanunun qəbuluna mane olmaq üçün təzyiqlərinə cavab olaraq, deyib:

"Həşdüş-Şəbi Qüvvələri haqqında qanun institusional təhlükəsizlik islahatları çərçivəsindədir və təhlükəsizlik qurumlarının maraqlarına xidmət edir".

"Associated Press"ə  müsahibə verən İraqın baş naziri Məhəmməd Əs-Sudani ABŞ və sionist rejimin İrana təcavüzü ilə bağlı deyib:

"Qonşumuz İranın təhlükəsizliyi bizim təhlükəsizliyimiz və regionun təhlükəsizliyidir və biz torpağımızdan qonşularımızın təhdid edilməsinə icazə verməyəcəyik".

O, həmçinin qeyd edib edib ki, Qəzzə zolağında aclıq və qırğınların kölgəsində soyqırımın şahidi oluruq. Bu vəziyyət təəssüf doğurur. Artıq bəyanatların, qınaqların və narahatlıq ifadələrinin davamlı olaraq, verilməsi qəbuledilməzdir.

"Bütün tərəflər təcavüzü dayandırmaq üçün öz məsuliyyətini daşımalı və Qəzzə zolağına humanitar yardımın çatdırılması üçün təşəbbüs göstərməlidir”, Əs-Sudani əlavə edib.

O, davamında deyib: "Suriya İraqın milli təhlükəsizliyi hesab olunur və onun sabitliyi bizim üçün vacibdir. Biz Suriya xalqının təhlükəsizlik, sabitlikdən və onun bütün komponentlərini özündə birləşdirən siyasi prosesdən faydalanmasını istəyirik. Bəzi qrupların Suriyada etdikləri dəhşətlidir və təəssüf doğurur. Biz Suriyanın bölünməsini rədd edirik".

Sizin rəyiniz

You are replying to: .
captcha