Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İslam İnqilabının Ali Məqamlı Rəhbəri bu gün səhər (17\05\2025 tarixidə) minlərlə müəllim və maarif işçisi ilə keçirdiyi görüşündə ictimaiyyətdə müəllimlərin layiqli simalarla çəkilməsini və ictimai rəydə cazibədar, şən və sevimli müəllim obrazının yaradılmasını zəruri hesab edərək, məsul qurumları bədii və media işləri ilə bu vəzifəni həyata keçirməyə çağırıblar.
İmam Xamene həzrətləri, bəzi təlim və tərbiyyə vəzifələrinin autsorsinglə (xarici mənbədən və ya resursdan istifadə edərək həyata keçirilməsi ilə) bağlı bəzi fikirləri də yanlış adlandırıb və vurğulayıblar: “Yeni təhsil strukturu elə qurulmalı və dəyişdirilməlidir ki, nəticədə bilikli, imanlı, iransevər, zəhmətkeş, gələcəyə ümidli nəsil yetişsin.”
Ümüdünya Müsəlmanalrının Ali Lideri Ayətullah Xamenei ABŞ prezidentinin son bəyanatlarına da toxunaraq, onun güc və qüdrət iqtidarı vasitəsilə sülhün bərqərar olması iddiasını yalan adlandırıb.
İslam İnqilabının Ali Rəhbəri, ABŞ hökumətinin ərəb ölkələrinə Amerikadan davamlı asılılıq tələb edən bir model tətbiq etmək səylərinə toxunaraq əlavə edib: “Bu model, şübhəsiz ki, iflasa uğradı və region xalqlarının səyləri ilə həm Amerika regionu tərk edəcək, həm də sionist rejimin fitnə, müharibə və təfriqə mənbəyi olan xərçəng şişinin kökü kəsiləcək.”
Həzrət Ayətullah Xamenei daha sonra vurğulayaraq bildiriblər: “Bəli güclü və qüdrətli iqtidar vasitəsi ilə sülhün bərqərar edilməsi məsələsi doğrudur. Məhz buna görə də İslam Respublikası öz qüdrətini artıracaq və düşmənlərin acığına neçə bərabər və daha böyük tərəqqi və inkişafa nail olacaq.”
Ayətullah Xamenei çıxışının əvvəlində bildirdi ki, bu görüşün məqsədi müəllimlərin qədrini bilmək və onların mövqeyinə hörmət bəsləmək olduğunu bildirərək, təhsil sektorunda istənilən məbləğdə xərclərin əslində ölkənin gələcəyinə sərmayə olduğunu vurğulamış və əlavə edtmişlər: “Nə yaxşı ki, möhtərəm Prezident təhsil məsələlərinə xüsusi diqqət yetirir və hörmətli nazir də bu qurumun məsələlərinə bələd olan görkəmli inzibatçıdır.”
Ayətullah Xamenei, yaxşı məqsəd və ideyaların həyata keçirilməsi onların ciddiyyətlə həyata keçirilməsindən asılı hesab edərək, sonra müəllimlər haqqında bir neçə məqama toxundu.
İnqilabın Rəhbəri müəllimlərə məişət yardımı göstərməkdən tutmuş, ictimai rəydə yenilikçi, gözəl, şən və sevimli müəllim obrazı yaratmağa qədər onlara şərəf və ehtiram göstərməyi vacib vəzifə hesab edib və vurğulayıblar: “Müəllimlərə hörmət və rəğbət bəsləmənin nəticəsi elə olmalıdır ki, cəmiyyət müəllimləri cəlbedici, fəal, zəhmətkeş, məğrur, ləyaqətli şəxsiyyətlər kimi görsün, müəllim peşəsi gənclərin maraq göstərdiyi peşələr siyahısında birinci yerdə olsun.”
İslam İnqilabının Ali Rəhbəri, müəllimin belə bir obrazını bədii kitablar, filmlər, animasiyalar istehsal etməklə mümkün olduğuna vurğulamış və bildirmişlər: “Bu vəzifələr İran Yayım Korporasiyası və İrşad Nazirliyi kimi təbliğat agentliklərinin üzərinə düşür və təbii ki, Təhsil Nazirliyi də bundan əməl etməlidir.”
İslam Dünyasının Ali Rəhbəri başqa bir fikri ifadə edərək, müəllimlərin fəaliyyətinin və tərbiyə işinin əhəmiyyətini düzgün dərk etməyi vacib hesab edərək əlavə etmişlər: “Müəllim sadəcə dərslik təlimatçısı deyil, onun əxlaqı, davranışı, sinifdə hansı formada olması, tədris keyfiyyəti, təvazökar və ya təkəbbürlü olması, şən və ya məyus kimi şəxsiyyət xüsusiyyətləri şagirdin xarakterini formalaşdırır və ona valideynlərindən də çox təsir edir. Və əgər müəllim dərsə bu anlayışla gələrsə, öz danışığına, davranışına xüsusi diqqət yetirmiş olacaq.
Ayətullah Xamenei başqa bir məqama da toxunaraq, Fərhəngyan Universiteti və müəllim hazırlığı mərkəzlərinin əhəmiyyətini vurğulayaraq bildirmişlər: “Bu universitet Təhsil və Təlim Nazirliyinə məxsusdur və onun digər qurumlarla birləşdirilməsi ilə bağlı bəzi fikirlər heç də yaxşı mənada deyil.”
İmam Xamenei həzrətləri, Şəhid Rəisinin dövründə bu universitetə qəbul üçün qoyulan meyarlara toxunaraq vurğulamışlar: “O kriteriyaların zəifləməsinə imkan verməyin, çünki bu universitetin keyfiyyəti elə olmalıdır ki, ondan lazım olan səviyyəli müəllimlər yetişdirsin.”
Zati Aliləri, Ayətullah Seyyid Əli Xamenei cənabları çıxışının başqa bir hissəsində təhsillə bağlı bir neçə məqama toxunmuşdur.
Ayətullah Xamenei birinci məqamı ifadə edərək, təhsilin dövlət qurumu olduğunu və dövlətdən asılı olduğunu vurğulayaraq, İslam dövlətinin vəzifəsini tələbələrin elmi, texniki, peşə və dini təhsilini təşviq etmək adlandırıb və əlavə edib: “Bəzən künc-bucaqda və hətta nazirliyin özündə belə təhsilin bəzi hissələrinin autsorsingə verilməsi ilə bağlı fikirlərin səslənməsi bir növ qəbilə monarxiyası yaratmaq deməkdir ki, bu da qəbuledilməzdir.”
İslam İnqilabının Ali Məqamlı Rəhbəri bəzi sabiq yüksək vəzifəli məmurların təhsilin yüksək xərcləri bəhanəsi ilə təhsilin bəzi hissələrini autsorsingə vermək tələblərinə qəti etiraz edərək bildirmişlər:
“Yeni nəslin intellektual və mədəni tərbiyəsi hökumətin borcudur və haqqıdır, təhsil də hökumətə məxsusdur. Hökumət bu vəzifəni yerinə yetirmək üçün məsuliyyət daşımaqla yanaşı, təhsilə, onun inkişafına pul xərcləməklə fəxr etməlidir.”
Ayətullah Xamenei 6-18 yaş arası milyonlarla qız və oğlanın təhsillə əlaqəsini misilsiz bir fürsət hesab edib. O, çıxışında sual verdi ki, əgər bu nəhəng milyonlarla əhali yaxşı təhsil almasa, biz Allah və gələcək nəsillər qarşısında nə cavab verəcəyik. Bu prizmadan o, təhsil strukturunun təkmilləşdirilməsi ilə bağlı ikinci məsələyə toxundu.
Ali Məqamlı Rəhbər, təhsil və təlim strukturunun tələbələrin elmi, mədəni, dini təhsilinə yönəlməli olduğunu vurğulayaraq, mövcud strukturu bu baxımdan səmərəsiz hesab edib və əlavə etmişdir: “Yeddinci İnkişaf Planında hökumətin vəzifələrindən biri təhsil üçün yeni təşkilati strukturun layihələndirilməsidir və bu struktur ehtiyaclara ən uyğun olan transformasiya yanaşması ilə həyata keçirilməlidir.”
İnqilab Rəhbəri təhsilin transformasiyası ilə bağlı sənədin bərpasını və bu sənəd üçün Şəhid Rəisinin zamanında başlayan planın dayandırılmasının qarşısının alınmasını zəruri hesab edib və deyib: “Yeni təhsil strukturunu bacarıqlı, bu sistemdən xəbəri olan, dinə və ölkənin müstəqilliyinə bağlı olan şəxslər qurmalıdır ki, yeni struktur əsasında gənclər və yeniyetmələr təhsil alsınlar.”
Sizin rəyiniz