Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Fransa Xarici İşlər Nazirliyi bəyanat yayaraq, İranın iki Fransa vətəndaşı - Sesil Kohler və Jak Parisi casusluq ittihamı ilə həbsdə saxlamağa davam etməsini məhkum edib.
Xatırladaq ki, iki Fransa vətəndaşı üç ildir ki, İranda həbsdədir. İran İslam Respublikasının Ədliyyə Nazirliyinin sözçüsü keçən il bildirmişdir ki, iki Fransa vətəndaşı olan Sesil Kohler və Jak Paris 1402-ci ilin Ordibehişt ayında əcnəbilərə və ölkəyə qarşı casusluq, habelə milli təhlükəsizliyə qarşı cinayət törətmək üçün toplaşmaq və əlbir olmaq ittihamları ilə həbs ediliblər.
Qeyd edək ki, Fransa mart ayından bu ölkədə yaşayan İran vətəndaşı Mehdiyyə İsfəndiarini qanunsuz olaraq həbs etmişdir.
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi Fransada saxlanılan bu İran vətəndaşının vəziyyəti və bununla bağlı son araşdırma ilə bağlı sualın cavabında deyib: “Təəssüflə qeyd etmək lazımdır ki, Fransada başqa ölkələrin vətəndaşları sionist rejimin soyqırımına qarşı çıxdıqları üçün həbs edilir və əslində bu, ifadə azadlığı hüququnun pozulması və bu rejimin Qəzzada törətdiyi cinayətlərinin təsdiqi deməkdir.”
Sizin rəyiniz