





Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Braziliyada İran və Fələstinə Dəstək Kampaniyasının dəvəti ilə İran İslam Respublikasının 30 metrlik bayrağı San-Paulu meriyası qarşısındakı tarixi körpüdə qaldırılıb. Bu aksiya Braziliyanın 50 partiya və qeyri-hökumət təşkilatının Paulista Akademiyasında keçirilən böyük toplantısı ilə birlikdə həyata keçirilib və iştirakçılar qlobal kapitalist cəbhəsinə qarşı İran xalqını dəstəklədiklərini bəyan ediblər. Toplantında iştirak edən PCO Partiyası, PCDB Partiyası, Fəhlə Partiyası (PT) və Anti-Kapitalist Mübarizə Komitəsi kimi tanınmış partiya və qrupların nümayəndələri ədalət tələb edən şüarlarla sionist rejim və onun qərbli müttəfiqlərinin zülm siyasətini pisləyiblər.
Sizin rəyiniz