2 iyul 2025 - 18:29
ABŞ-ın təhlükəsizlik uğursuzluğu; İran Çinlə F-35 məlumatlarını ticarət edir

ABŞ və sionist rejim İrana qarşı başlatdıqları müharibədən təyin etdikləri məqsədlərinin heç birinə çata bilmədilər, yəni sadə dillə desək birncisi məğlub olub birtərəfli atəşkəs elan etdilər. İkincisi isə daha bir pis vəziyyət, bu müharibədə ABŞ-ın itirdiyi hərbi və sirrli texnikaları İran İslam Respublikasının əlinə düşdü

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Böyük şeytan Amerika Birləşmiş Ştatları ilə onun Qərbi Asiyada təyin etdiyi və canla-başla dəstəklədiyi faşist sionist İsrail rejiminin İran İslam Respublikasına qarşıbaşlatdıqları 12 günlük müharibə ABŞ və sionist rejiminə baha başa gəldi.

Belə ki, başlatdıqları müharibədən təyin etdikləri məqsədlərinin heç birinə çata bilmədilər, yəni sadə dillə desək birincisi məğlub olub birtərəfli atəşkəs elan etdilər. İkincisi isə daha bir pis vəziyyət, bu müharibədə ABŞ-ın itirdiyi hərbi və sirrli texnikaları İran İslam Respublikasının əlinə düşdü.

Bu barədə CNN şəbəkəsi elan edib: “İran ABŞ-ın istəyinin əksinə olaraq məhv edilmiş F-35-lərin qalıqlarından mühüm məlumatlar çıxarıb.”

CNN Televiziya Şəbəkəsi açıqlayıb: “Digər məlumatlar göstərir ki, İran bu qırıcı təyyarənin qalıqlarını və əldə etdiyi məlumatı Çinlə ticarət etmək üçün Çinlə danışıqlar aparır. Çinin illərdir axtardığı məhz budur.”

Sizin rəyiniz

You are replying to: .
captcha