11 may 2025 - 09:36
Ərəb sammiti öncəsi Bağdadda təhlükəsizlik tədbirləri gücləndirilib

Ərəb Liqasının sammiti yaxınlaşdıqca İraq paytaxtında bir sıra ciddi təhlükəsizlik tədbirləri görülüb.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İraqın Daxili İşlər Nazirliyi paytaxt küçələrində hər cür nümayişin qadağan edilməsi də daxil olmaqla, ciddi təhlükəsizlik tədbirlərinin qəbul edildiyini açıqlayıb.

Bu qərar, Bağdadda, 21 ərəb ölkəsindən gələn nümayəndə heyətlərinin iştirak edəcəyi Ərəb Sammiti yaxınlaşdıqca qəbul edilib.

Nazirliyin rəsmi məlumatında deyilir: “Mayın 11-dən 20-dək nümayişlərin keçirilməsinə icazə verilməyəcək və bununla bağlı hər hansı hərəkət qanunsuz sayılacaq”.

Bundan əvvəl İraqın xarici işlər naziri Fuad Hüseyn ərəb ölkələrinin bütün hökmdarlarının, o cümlədən Suriya müvəqqəti hökumətinin prezidenti Əhməd əl-Şara ləqəbli Əbu Məhəmməd əl-Culani adlı vəhhabi terrrçunun da sammitə dəvət ediləcəyini bildirmişdi.

Qeyd edək ki, bu sammit İraqın baş naziri Məhəmməd Şiya` əl-Sudaninin tələbi və Ərəb Liqasının razılığı ilə Bağdadda keçirilir.

Sizin rəyiniz

You are replying to: .
captcha