9 may 2025 - 10:52
Pakistan cavab atəşi olaraq PUA və raketlərlə Hindistana hücum etdi \ Pakistan XİN-i: İiki nüvə silahlı ölkə böyük münaqişə astanasındadır.

İshaq Dar cümə axşamı verdiyi rəsmi açıqlamada çərşənbə günü səhər Hindistanda baş verən son hücumlarda ən azı 31 nəfərin öldüyünü və 57 nəfərin yaralandığını açıqlayıb.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Hindistan ordusu Pakistanın pilotsuz uçan aparatları və raket hücumları nəticəsində Hindistanın İŞĞAL ALTINDA OLAN Kəşmirinin Cammu şəhərində partlayış səslərinin eşidildiyini açıqlayıb.

“Reuters”in məlumatına görə, sirenlər səsləndikdən sonra şəhərin səmasında qırmızı işıqlar görünüb.

Hindistan hərbi rəsmisinin sözlərinə görə, Pakistandan Cammu bölgəsindəki Satvari, Samba, Ranbir Sinqh Pura və Arniya qəsəbələrinə atılan 8 raket Hindistanın hava hücumundan müdafiə bölmələri tərəfindən ələ keçirilib.

Hindistan və Pakistan arasında münasibətlər 1947-ci ildə müstəmləkəçi Britaniyadan müstəqillik əldə etdikdən sonra gərginliklə doludur.

Bundan əvvəl Pakistan və İslamabadın nəzarətində olan Kəşmirin sərhəd bölgələrinə Hindistan qüvvələrinin hücumlarından sonra Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar nüvə silahına malik iki ölkənin böyük münaqişə astanasında olduğu barədə xəbərdarlıq etmişdi.

İshaq Dar cümə axşamı verdiyi rəsmi açıqlamada çərşənbə günü səhər Hindistanda baş verən son hücumlarda ən azı 31 nəfərin öldüyünü və 57 nəfərin yaralandığını açıqlayıb.

Sizin rəyiniz

You are replying to: .
captcha