13 aprel 2025 - 11:20
İİR və ABŞ arasında dolayı müzakirələrin sonu / Əraqçi danışıqların aurasını necə dəyərləndirir?

Dərc edilmiş qiymətləndirmələrə görə, bu danışıqlar konstruktiv və qarşılıqlı hörmət şəraitində keçib və hər iki tərəf danışıqları gələn həftə davam etdirməyə razılaşıb.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Omanın paytaxtı Maskatda başa çatmış, İran İslam Respublikası ilə ABŞ arasında sanksiyaların ləğvi və nüvə məsələsinə həsr olunmuş dolayı danışıqlar, nəşr edilmiş qiymətləndirmələrə görə, qarşılıqlı hörmətə əsaslanan konstruktiv atmosferdə keçib və hər iki tərəf danışıqları gələn həftə davam etdirməyə razılaşıb.

Omanın vasitəçiliyi ilə keçirilən bu danışıqlarda İran İslam Respublikasının xarici işlər naziri Seyyid Abbas Əraqçi və ABŞ prezidentinin Qərbi Asiya üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff iştirak ediblər. Omanın xarici işlər naziri İrana qarşı qeyri-qanuni sanksiyaların ləğvi və İranın sülhməramlı nüvə proqramı ilə bağlı məsələlərdə tərəflərin mövqelərini bir-birlərinə çatdırıb.

Ölkəmizin Xarici İşlər Nazirliyi də Omanda İran və ABŞ arasında keçirilən dolayı danışıqlarla bağlı açıqlama verib:

“İki saat yarımdan çox davam edən dolayı danışıqlardan sonra İran və Amerika nümayəndə heyətlərinin başçıları danışıqları tərk edərkən Oman xarici işlər nazirinin iştirakı ilə bir neçə dəqiqə danışıblar”.

Sizin rəyiniz

You are replying to: .
captcha