Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Beynəlxalq Cinayət Məhkəməsi tarixi qərarında Uqandada “Allahın Üsyan Ordusu” (LRA) adlı Xristian terror qruplaşmasının liderlərindən biri olan Dominik Onqohinin müsəlmanlara qarşı törətdiyi cinayətlərinin qurbanlarına 57 milyon ABŞ dolları məbləğində təzminat ödənilməsinə qərar verib.
Dominic Ongohin 2021-ci ildə insan oğurluğu, qətl və zorlama da daxil olmaqla müharibə cinayətləri və insanlığa qarşı cinayətlər törətməkdə təqsirli bilinib.
Bu təzminat zərərçəkmişlər üçün ədalətin təmin edilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilir. Xüsusilə də oğurlanmış və xristian terror qruplaşması olan “Allahın Üsyan Ordusu” (LRA) ristian terror qruplaşmasında əsgər kimi istifadə edilən qadınlar və uşaqlar üçün ən mühüm addım kimi dəyərlərndirilir.
Onqohinin qərarın icrasını dayandırmaq üçün məhkəmə yolu ilə etiraz etmək cəhdlərinə baxmayaraq, hakimlər BCM-nin uzun sürən münaqişələrin qurbanları ilə bağlı işlərdə ədaləti təmin etmək öhdəliyini qeyd edərək, qərarlarını qüvvədə saxlayıblar.
Beynəlxalq Cinayət Məhkəməsi isə hələ də azadlıqda olan və hələ də həbs olunmayan “Lord's Rebel Army” (LRA) Xristian terror qruplaşmasının lideri Cozef Koninin işini davam etdirir.
Cozef Koni Uqandada və Böyük Göllər regionunun digər ölkələrində törədilən dəhşətli cinayətlərin əsas səbəbkarlarından biri hesab olunur.
Cozef Koninin müdafiəçiləri onun məhkəməsi yaxınlaşdıqca Beynəlxalq Cinayət Məhkəməsinə qiyabi mühakimə olunmasından apellyasiya şikayəti verib.
Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi 2005-ci ildə Cozef Koninin həbsinə order versə də, onun həbsi üçün beynəlxalq səylər indiyədək nəticəsiz qalıb.
Bu şəraitdə bu vəkillər mövcud şəraitin, xüsusən də təhlükəsizlik boşluğunun davam etdiyi və təqsirləndirilən şəxsin hələ də həbs edilmədiyi bir vaxtda ədalət mühakiməsinin təmin edilməsi üçün bu variantı zəruri hesab edərək, qiyabi məhkəmə prosesinin keçirilməsini təklif ediblər.
Sizin rəyiniz