17 aprel 2025 - 23:27
Seyyid Əbdülməlik Əl-Husi: Sionist rejim tərksilah edilməlidir!

Yəmənin Ənsar Əllah hərəkatının lideri İslam xalqının özünü müdafiə etmək üçün hər zamankindən daha çox silaha ehtiyaclı olduğunu bildirərək vurğulayıb: Müqavimət deyil, sionist rejim tərksilah edilməlidir.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Ənsar Əllah hərəkatının lideri Seyyid Əbdülməlik Əl-Husi cənabları cümə axşamı regionda və Qəzzada baş verən son hadisələrlə bağlı çıxış edib.

O, regional və qlobal hadisələrlə bağlı çıxışında vurğulayıb: Sionist düşmənləri Amerikanın dəstəyi ilə Qəzzəyə qarşı qəddar təcavüzünü davam etdirir, Amerika bombalarını qaçqınların üzərinə atır və səhiyyə sektoruna ziyan vurmasına baxmayaraq, Əl-Mədani xəstəxanasını bombaladığı kimi, tibb mərkəzlərini bombalamaqda davam edir.

Cənab Əl-Husi əlavə edib: İsrail düşməni ay yarımdan artıqdır ki, aclıq müharibəsini davam etdirir, beynəlxalq təşkilatlar isə ərzaq nəqlinin qarşısının alınması səbəbindən vəziyyətin çətin olduğunu bəyan ediblər. İsrail düşməni Qəzza zolağında soyqırım törətmək üçün hər cür cinayətdən istifadə edir.

Sionist rejim tərksilah edilməlidir.

Əl-Husi cənabları əlavə ediblər: Ərəb rejimləri Fələstin xalqını əvvəldən silahlandırsaydı, bu gün vəziyyət fərqli olardı, ona görə də Fələstin xalqının silahlanmasına xüsusi diqqət yetirilməlidir.

Yəmənin Ənsar Əllah hərəkatının lideri 1967-ci ildə Misir və İordaniyanın o zamankı hökumətləri tərəfindən Fələstin xalqının tərksilah edilməsinə toxunaraq deyib: Fələstin xalqı (bu facidən) sonra sionist düşməni üçün müdafiəsiz şikara çevrildi.

Yəmənin Ənsar Əlhhah Hərakatının Lideri İslam millətinin özünü müdafiə etmək üçün hər zamankindən daha çox silaha ehtiyacı olduğunu bildirərək, vurğulayıb: Müqavimət deyil, sionist rejim tərksilah edilməlidir.

Seyid Əbdül Malik Əl-Husi çıxışının bir hissəsində Maldiv adaları və Banqladeşin İsrail turizmini boykot etmək üçün gördükləri hərəkətlərini yüksək qiymətləndirib.

Sizin rəyiniz

You are replying to: .
captcha