Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İbranidilli “Kan” tv şəbəkəsi sionist rejimin Hərbi Hava Qüvvələrinin təxminən 950 pilotu və ehtiyatda olan əsgərinin Qəzza zolağında müharibənin davam etdirilməsinə qarşı olduqlarını bildirərək Netanyahu hökumətinə ünvanlanmış məktub imzaladığını açıqlayıb.
Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, onlar məktubda hazırkı müharibənin əsasən siyasi və şəxsi maraqlara yönəldiyini və təhlükəsizlik maraqları ilə heç bir əlaqəsinin olmadığını vurğulayıblar.
Məktubun bir hissəsində deyilir: “Biz ehtiyat qüvvələri, girovların dərhal öz evlərinə qaytarılmasını tələb edirik; hətta bu, müharibənin dərhal dayandırılmasına səbəb olsa belə. Müharibənin davam etdirilməsi nəinki qarşıya qoyulan məqsədlərə nail ola bilməyəcək, həm də girovların, ÇAXALIN-İDF əsgərlərinin və günahsız mülki şəxslərin həlak olması ilə nəticələnəcək, həmçinin ehtiyatların tükənməsinə səbəb olacaq”.
Məktub müəllifləri həmçinin vurğulayıblar: “Keçmişdə sübut olunduğu kimi, girovların təhlükəsiz şəkildə qaytarılmasının yeganə yolu hərbi təzyiq deyil, razılaşmadır. Hərbi təzyiqlər əsasən girovların öldürülməsinə və qüvvələrimizin həyatını təhlükəyə atmasına gətirib çıxarır”.
Bu pilotlar daha sonra İsrail ictimaiyyətini geniş etiraz aksiyası keçirməyə və müharibənin dayandırılmasını və bütün məhbusların dərhal geri qaytarılmasını tələb etmək üçün bütün vasitələrdən istifadə etməyə çağırıblar.
Onlar xəbərdarlıq ediblər: “Hər ötən gün girovların həyatı daha çox risk altında olur və hər bir şübhə anı İsrail üçün utanc ləkəsidir”.
Bu məktub uşaq qatili, faşist İsrail rejiminin Hərbi Hava Qüvvələrinin komandanı general Tomer Barın sərt reaksiyası ilə qarşılanıb. O, bu məktubu imzalayanların artıq ehtiyat hissələrdə xidmətini davam etdirməsinə icazə verilməyəcəyi ilə hədələyib; Baxmayaraq ki, bu məktubda hərbi xidmətdən yayınma təhlükəsi yoxdur.
Sizin rəyiniz