28 mart 2025 - 05:08
Sərdar Qaani: İran İslam Respublikası müqəddəs Qüdsün azad edilməsinə qədər möhkəm dayanacaq!

İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı deyib: İslam Respublikası möhkəm dayanmaqda davam edir və bu güc, in şə Allah, Qüdsün yekun qələbəsi və azadlığı əldə olunana qədər davam edəcək!

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı, briqada generalı İsmail Qaani Beynəlxalq Qüds Günü ilə əlaqədar “Qüds minbəri” proqramında deyib: Allahın salamı və bərəkəti, Qüds gününü İslam və onun həyatı adlandıran İmam Xomeyninin uca ruhuna olsun və Onun saleh varisi, mərhum İmamın nurlu yolunu davam etdirən, Qüds-müqəddəs üçün əməli dəstək göstərən və İslam ümmətinə rəhbərlik edən sevimli İmam Xameneiyə Allahın salamı və bərəkəti olsun.

O, davam edərək bildirib: Bu il biz Qüds Gününü, Amerikanın dəstəyi ilə cinayətkar sionist rejimin məzlum Fələstin xalqına qarşı cinayətlərini ən qəddar vəhşi həddə çatdırdğı bir vaxtda qeyd edirik. Digər tərəfdən, məzlum Fələstin xalqı hərtərəfli və misli görünməmiş müqavimətlə öz iqtidarını sübut etdi.

Sərdar-general Qaani bildirib: Biz yüksək rütbəli şəhidlərin, Şəhid Seyid Həsən Nəsrullah, Şəhid İsmayıl Haniyə və Şəhid Seyid İbrahim Rəisinin xatirəsini ehtiramla anırıq; Ötən il və bu gün bu proqramda çıxış edən üç dəyərli şəxsiyyət ən yüksək dərəcələrdə İlahi rəhmətin qonağıdır. Yəmən, İraq, Suriya və İslam Respublikasında müqaviməti dəstəkləyən Fələstin, Livan və digər cəbhələrdə döyüş meydanlarında canlarını fəda edən bütün nəcib şəhidlərimizi də yad etməliyik.

O deyib: Fələstində Qüds və Qəssam Briqadalarında bərabərsizliyin zirvəsində dastan yaradan böyük şəhidlər müqavimətin ləyaqətini və qürurunu sübut etdilər. Əl-Əqsa Fırtınası müqavimət kəlməsini tam sübut etdi. Həm döyüş meydanındakı müqavimət, həm xalqın müqaviməti, həm də başqa arenalarda kı müqavimət.

Sərdar-general Qaani cənabları daha sonra qeyd ediblər: Bu müqavimət səhnələrindən biri də Fələstin xalqına dəstək üçün danışıqlar meydanında olub ki, Fələstin xalqının qanuni hüquqlarını təmin etmək üçün Fələstinli qardaşlarımızın gücü ilə danışıqlar sahəsində döyüş meydanında dirəniş göstrməyə davam etdi.

Sərdar- general Qaani fikrinə aydınlıq gətirərək bildirib: Əqsa tufanı yeni bir fenomen nümayiş etdirdi. Əl-Əqsa Fırtınasında cəhətlərin birliyi müqavimət cəbhəsinin gücünü bütün dünyaya göstərən bir fenomen oldu. Bundan əlavə, dünyadakı bütün müsəlman xalqları və azad xalqları gündəmə gətirmək Əqsa Fırtınasında sərgilənən yeni hadisələrdən biri idi.

O, vurğulayaraq bildirib: “Əqsa tufanı” bir daha öz dürüst müqaviməti ilə İlahi vədlərin yerinə yetdiyini nümayiş etdirdi və haqqın batil üzərində necə qalib gəldiyini göstərdi. Fələstindən Livana qədər və müxtəlif bölgələrdəki azad xalqların dəstəyi ilə bu müqavimət dövrü sübut etdi ki, düşmən müqavimətlə nə qədər ixtilafını artırsa, müqavimət də bir o qədər güc və qüdrət qazanır. Bu dövrdə döyüş meydanlarında baş verən dəyərli səhnələr göstərdi ki, sionist rejimin cinayətləri və Amerikanın dəstəyi heç vaxt müqaviməti məhdudlaşdıra bilməyib. Əksinə, müqavimət gücləndi.

Sərdar- general Qaani sözünə davam edərək bildirib: Bu gün Fələstində müqavimət, şübhəsiz ki, “Əqsa tufanı” zamanı olduğundan daha güclüdür. Şübhəsiz ki, sionist rejimin cinayətləri insanların evlərinin dağıdılması və dəyərli şəxsiyyətlərin şəhadətləri kimi zərərlərə səbəb olub və bu faktları nəzərdən qaçırmaq olmaz. Amma diqqətlə araşdırdıqda məlum olur ki, müqavimət nəinki zəifləyib, hətta daha da dərinləşib və güclənib. Bunun səbəbi sionist rejimin cinayətlərinin 15 ayında nəinki azalmaması, əksinə müqavimətin gündən-günə güclənməsi və bütün dünyada genişlənməsidir.

O əlavə edib: Biz Qüds Gününü İslam xalqının Qüds Gününün dərinliyi və dəyəri və müqəddəs Qüds şəhərinin müdafiəsi ilə hər zamankindən daha çox tanış və maraqlandığı bir vaxtda qeyd edirik. Eləcə də dünyanın azad xalqları bu dəyərli terminlə hər zamankindən daha çox tanış olublar və məzlum Fələstin xalqını müdafiə etmək üçün küçələrə çıxmağa hazırdırlar. Bu onu göstərir ki, Qüdsün və məzlum Fələstin xalqının legitimliyi haqdır və bu haqq yolu mütləq qələbəyə qədər davam edəcəkdir.

Sərdar Qaani bir daha vurğulayıb: Düşmən bilməlidir ki, cinayət yolu ilə dünya xalqlarının və insanların qəlbində yer qazana bilməz. Daha doğrusu, özlərini daha da aşağılayırlar. İslam Respublikası, keçmişdə olduğu kimi, Əl-Əqsa tufanı zamanı və ondan əvvəl olduğu kimi, Fələstin xalqının yanındadır və Müqəddəs Qüdsü müdafiə edir və istər Müqavimət Cəbhəsi, istərsə də Müqavimət Cəbhəsinin Mücahidlərini dəstəkləmək və əməliyyatları idarə etmək kimi müxtəlif tədbirlərlə məzlum Fələstin xalqını və İslami müqaviməti dəstəkləməyə davam edir, İslam Respublikası möhkəm dayanmaqda davam edir və bu güc, in şə Allah, Qüdsün yekun qələbəsi və azadlığı əldə olunana qədər davam edəcək.

Sizin rəyiniz

You are replying to: .
captcha