24 mart 2025 - 23:07
Qəzza yanır; 534 günlük müharibədə insan və infrastruktura dəyən zərər haqqında hesabat

Son 534 gündə, Qəzza, 61.000-dən çox insanın şəhid olması və itkin düşməsinin, 12.000 qətlin qeydə alınması ilə nəticələnən görünməmiş soyqırımın və etnik təmizləmənin şahidi olub.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Fələstin Media Ofisi Qəzzada başlayan və 534 gündür davam edən faşist İsrail işğalçı rejiminin başlatdığı müharibəsi və soyqırımı ilə bağlı son statistik məlumatları açıqlayıb.

Qəzzada humanitar və sosial vəziyyətlə bağlı narahatedici statistik rəqəmləri təqdim edən bu hesabatın mətni belədir:

“Qəzza yanır; 534 günlük müharibədə insan və infrastruktura dəyən zərər haqqında hesabat

– 7 oktyabr 2023-cü il şənbə günündən bu günə, 23 mart 2025-ci il bazar gününə qədər (534 gün ərzində)

- 534 günlük soyqırım və etnik təmizləmə davam edir.

- İsrail işğalçı qüvvələri tərəfindən 12 min qətl həyata keçirilib.

- 61 221 şəhid və itkin düşmüş şəxs qeydiyyata alınıb.

- 11200-dən çox itkin düşmüş, o cümlədən xəstəxanalara çatmayan şəhidlər və taleyi məlum olmayan digərləri.

- Meyitləri xəstəxanalarda qeydiyyata alınan 50 021 şəhid (Səhiyyə Nazirliyi).

- Fələstinli ailələrə qarşı 11850 qətl (Səhiyyə Nazirliyi).

- Ataların, anaların və bütün ailə üzvlərinin, ümumilikdə 6161 şəhidin öldürülməsini ehtiva edən vətəndaşlıq reyestrindən 2165 fələstinli ailə tamamilə çıxarılıb. (Səhiyyə Nazirliyi)

- İşğal nəticəsində 5064 fələstinli ailəsi dağıdılıb və bunlardan yalnız bir nəfəri sağ qalıb, bu ailələrdəki şəhidlərin sayı isə 9272 nəfəri ötüb. (Səhiyyə Nazirliyi).

- 17 954 uşaq şəhid olub.

- Doğulan zaman şəhid olan 274 körpə.

- Bu soyqırımda yaşı bir ildən az olan 876 körpə şəhid olub.

- Qidalanma və aclıq siyasətinə görə 52 şəhid.

- Qaçqın çadırlarında soyuqdan 17 nəfər şəhid olub, o cümlədən bunlardan 14-ü uşaqdır.

- İsrail işğalçılarının birbaşa əli ilə 12365 qadın şəhid edilib.

- 1394 tibb işçisi şəhid edilib (Səhiyyə Nazirliyi).

- 105 yanğınsöndürən işçisi işğalçılar tərəfindən şəhid olub.

- 206 jurnalist işğalçıların əli ilə şəhid olub.

- İsrail işğalçıları tərəfindən təhlükəsizlik qüvvələri və humanitar yardım işçilərindən 743 nəfəri hədəfdə alınaraq şəhid edilib.

- İşğalçılar tərəfindən humanitar yardım karvanlarını qoruyan təhlükəsizlik işçilərinə 154 dəfə hücum olunub.

- Xəstəxanaların daxilində işğalçılar tərəfindən 7 kütləvi məzarlıq yaradıllb.

- Xəstəxanalar daxilindəki 7 kütləvi məzarlıqdan 527 şəhidin cəsədi çıxarılıb.

- 113 274 yaralı və yaralı xəstəxanalarda müalicə olunur (Səhiyyə Nazirliyi).

- Uzunmüddətli müalicə tələb edən 17 000 yaralı (Səhiyyə Nazirliyi).

- 4700 amputasiya xəsarəti, onların 18%-i uşaqlardır (Səhiyyə Nazirliyi).

- Qurbanların 60%-dən çoxu qadın və uşaqlardır.

- 400 jurnalist və media işçisi yaralanıb.

- 226 qaçqın mərkəzi İsrail işğalçılarıtərəfindən hədəfə alaraq hücuma məruz qalıb.

- Qəzza ərazisinin 10 faizi işğalçılar tərəfindən səhv olaraq “humanitar zona” təyin edilib.

- Hazırda 39 384 uşaq valideynlərindən biri və ya hər ikisi olmadan yaşayır.

- Bu soyqırımda 14323 qadın həyat yoldaşını itirib.

- 3500 uşaq qida çatışmazlığı və aclıq səbəbindən ölüm riski altındadır.

- 22 min xəstənin xaricdə müalicəyə ehtiyacı var.

- İstinad prosesini başa vurmuş və müalicə üçün səfərə çıxmağı gözləyən 13.000 xəstə və yaralı.

- Müalicənin olmaması səbəbindən ölüm riski ilə üzləşən 12500 xərçəng xəstəsi.

- Xaricdə müalicəyə ehtiyacı olan müxtəlif şəraiti olan 3000 xəstə.

- Köçkünlüklə əlaqədar 2.136.026 yoluxucu xəstəlik halı qeydə allınıb (Səhiyyə Nazirliyi).

- 71 338 nəfər qaçqınlıq vəiyyəti ilə bağlı hepatit infeksiyasına düçar olub.

- Təxminən 60 000 hamilə qadın tibbi yardım göstərilmədiyi üçün risk altındadır.

- İsrail işğalçılarının dərman idxalına mane olduqlarına görə 350 min fələstinli xroniki xəstə risk altındadır.

- Qəzzada işğalçılar tərəfindən həbs edilən 6628 məhbus.

- İsrail işğalçıları tərəfindən Qəzzada 360 tibb işçisi həbs edilib, o cümlədən həbsxanada edam edilən 3 həkim.

- Adları məlum olan 48 jurnalist həbs edilib.

- 26 yanğınsöndürən həbs olunub.

- Qəzzada 2 milyona yaxın köçkün var.

- 110.000 çadır zədələndiyinə görə artıq köçkünlər üçün yararsız hala çevrilib.

- Qəzzada 280 min ailənin çadırlara, karvanlara və ya səyyar evlərə ehtiyacı var.

- İşğalçılar tərəfindən 221 dövlət binası dağıdılıb.

- İşğalçılar tərəfindən 139 məktəb və universitet tamamilə dağıdılıb.

- İşğalçılar tərəfindən 359 məktəb və universitet qismən dağıdılıb.

- 12900 tələbə birbaşa İsrail işğalçılarının əli ilə şəhid edilib.

- 785 min tələbə işğal səbəbindən təhsildən məhrum olub.

- 800 müəllim və təhsil işçisi işğalçılar tərəfindən öldürülüb.

- 150 alim, akademik və universitet professoru işğalçılar tərəfindən öldürülüb.

- 825 Məscid tamamilə dağıdılıb.

- 161 Məscid ciddi zədələnmiş və təmirə ehtiyacı vardır.

- 3 kilsə hədəfə alınaraq dağıdılıb.

- “60” qəbiristanlıqdan 19-zu qismən və ya tamamilə dağıdılmışdır.

- 2300 cəsəd Qəzza qəbiristanlıqlarından işğalçılar tərəfindən oğurlanıb.

- Təxminən 165 000 mənzil tamamilə dağılıb.

- Təxminən 115 000 yaşayış binası ciddi zədələnmiş və yaşayış üçün yararsızdır.

- Təxminən 200 000 mənzil qismən dağılıb.

- Qəzzaya 100 min tondan çox partlayıcı atılıb.

- Yandırılan, hücuma məruz qalan və ya xidmətdən çıxarılan 34 xəstəxana.

- İşğalçılar tərəfindən 80 sağlamlıq mərkəzi bağlanılıb.

- 162 sağlamlıq mərkəzi hədəfə alınıb vəbombardiman edilib.

- 138 təcili yardım maşınına ağır silahlardan atəş açılıb.

- 206 tarixi-mədəni irs obyekti məhv edilib.

- 3700 kilometr elektrik şəbəkəsi sıradan çıxıb.

- 2105 elektrik paylayıcı transformator sıradan çıxarılıb.

- 330 min metr su şəbəkəsi dağıdılıb.

- 655 min metr kanalizasiya şəbəkəsi dağıdılıb.

- 2 milyon 846 min metr yol və küçə dağıdılıb.

- 42 idman obyekti və stadion dağıdılıb.

- 719 su quyusu məhv edilərək istismardan çıxarılıb.

- Qəzzanın infrastrukturunun 88%-dən çoxu məhv edilib.

- Soyqırım nəticəsində birbaşa yaranan ilkin ziyana görə 41 milyard dollardan çoxdur.”

Bu statistik məlumatlar Qəzzada kritik və humanitar vəziyyətə işarə edir və beynəlxalq ictimaiyyətin təcili diqqət və tədbirlərin görülməsinə ehtiyac olduğunu göstərir.

Nəşr tarixi: Ötən gün 23 mart 2025-ci il, bazar günü, Hicri Şəmsi təqvimi ilə 3 Fərvərdin, 1404-cü il.

Sizin rəyiniz

You are replying to: .
captcha