22 mart 2025 - 23:51
Faşist sionist rejimin Livanın cənubuna hücumları nəticəsində 12 nəfər şəhid olub və yaralanıb.

Livanın cənubunda gərginliyin yenidən artması və qaniçən işğalçı İsrail rejiminin Tulin bölgəsinə hücumlarından sonra 2 nəfər şəhid olub, 10 nəfər yaralanıb.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Faşist İsrail yəhudi rejiminin Livanın cənubundakı Tulin bölgəsinə hücumu nəticəsində 2 nəfər şəhid olub, 10 nəfər yaralanıb.

Digər tərəfdən Əl-Hədis mediasının bildirdiyinə görə, "Yedioth Ahronoth" qəzeti İsrailin mərkəzində güclü partlayış səslərinin eşidildiyini də bildirib.

Uşaq qatili İsrail Ordusunun Radiosu da sionist rejimin Livanın cənubuna hücumlarının davam etdiyini bildirib.

Livanlı hərbi mənbə isə açıqlayıb ki, ilkin araşdırmalar işğal olunmuş Fələstin ərazilərinə atılan raketlərin köhnə tip olduğunu göstərir.

O, daha sonra hadisələri yerdə izləmək üçün Livan Ordusunun UNIFIL qüvvələri ilə tam koordinasiya qurduğunu elan edib.

İsrail ordusu həmçinin Livanın cənubundakı Hizbullah qüvvələrinin məxsus raket buraxılış meydançalarına və əməliyyat komandanlıq qərargahına hücum etdiyini açıqlayıb.

Qeyd edək ki, Livandan Fələstini işğal etmiş yəhudi terror rejiminin ərazilərinə raket hücumu və sionist rejimin bu hücuma dərhal və çevik cavab verməsi ilə Livanın cənub sərhədləri yenidən gərginləşib.

Sizin rəyiniz

You are replying to: .
captcha