Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İraq Milli Hikmət Hərəkatının lideri Seyyid Əmmar Həkim Misirə səfəri zamanı Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşüb.
Seyid Əmmar Həkim şəxsi səhifəsində bu səfərlə bağlı deyib: “Misirə səfərimizin birinci hissəsində bu gün prezident Əbdülfəttah əs-Sisi ilə görüşdük və bu görüş zamanı Misirin Fələstin məsələsinə dəstək verməkdəki güclü mövqeyini yüksək qiymətləndirdik”.
Həkim əlavə edib ki, bu görüşdə Fələstin xalqının qaçqın düşməsinin qarşısını almaq və Fələstin milli torpaqlarını ələ keçirməklə Fələstin məsələsini qorumaq üçün Misir rəhbərliyi və xalqının səylərini dəstəklədiyimizi vurğuladıq.
Görüşdə həmçinin İraq və Misir arasında münasibətlərin inkişafı və onların möhkəmləndirilməsi yolları müzakirə olunub.
Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!
