21 iyun 2023 - 17:26
İslam İnqilabının Böyük Rəhbəri: İran və Özbəkistan arasında tarixi, mədəni və elmi yaxınlıq unikaldır

İslam İnqilabının Müəzzəm Rəhbəri Özbəkistan prezidenti ilə görüşündə vurğulayıblar: İran və Özbəkistan arasında tarixi, mədəni və elmi yaxınlıq unikaldır .

İslam İnqilabının  Müəzzəm Rəhbəri Ayətullah Xamenei bazar günü (18-iyun) Özbəkistan prezidenti Şavkat Mirziyoyev və onu müşayiət edən nümayəndə heyəti ilə görüşündə iki ölkə, İran və Özbəkistanın bənzərsiz tarixi, mədəni və elmi yaxınlığına işarə edib və deyib: Birgə imkanlardan müxtəlif sektorlarda əlaqələrin genişləndirilməsi üçün istifadə edilməlidir.

İslam İnqilabının Böyük Rəhbərinin ofisinin informasiya portalının məlumatına görə, Müəzzəm Rəhbər uzun fasilədən sonra iki ölkə arasında münasibətlərin yenidən canlanmasından məmnun olduqlarını bildirib və əlavə ediblər: Uzun illər İran və Özbəkistan arasında əlaqələr çox məhdud idi və ümid edirik ki, bu səfər və Tehranda aparılan danışıqlar iki ölkə münasibətlərində daha yaxşı gələcəyin başlanğıcı olacaq.

Ayətullah Xamenei deyib: İran İslam Respublikası Özbəkistanı Türkmənistan və Əfqanıstan vasitəsilə asanlıqla açıq sulara bağlamaq qabiliyyətinə malikdir, Əlbətdə bizim qarşılıqlı əməkdaşlıq əlaqələrimiz təkcə ticarət və nəqliyyatla əhatələnməməli, elm və texnologiya sahəsi kimi digər sektorlarda  əlaqələrə də təşəbbüs göstərilməlidir.

Həzrət Ayətullah Xamenei vurğulayıblar : Əlbəttə, İran-Özbəkistan əlaqələrinin genişlənməsinin öz əleyhdarları var, lakin bu müxalifətlərdən asılı olmayaraq və iki ölkənin mənafeyinə əsaslanaraq qərar qəbul edilməli və əməkdaşlıq imkan daxilində genişləndirilməlidir.

İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin də iştirak etdiyi bu görüşdə Şavkat Mirziyoyev İslam İnqilabının Ali Rəhbəri ilə görüşünü tarixi bir görüş adlandırıb və deyib: İki ölkə arasında münasibətlərdəki fasilə və əməkdaşlığın azalmasına təəssüflənərək ümid edirik ki,Tehranda baş tutan danışıqlarla böyük addımlar atacağıq və ticarət, nəqliyyat, elm və texnologiya və turizm sahələrində əməkdaşlıq lazımi və arzu olunan səviyyəyə çatacaq.

342/