Əhli-Beyt
(əleyhimus səlam) – Xəbər Agentliyi ABNA: Fələstin torpaqlarını işğal edərək
burada qondarma sionist rejimini yaradan cinayətkar cühüdlər bu gün Dəməşq
vaxtı ilə 00:22 –də Suriyanın müxtəlif bölgələrinə qəfil hücumlar həyata
keçiriblər.
Suriya dövlət xəbər agentliyi (SANA)-nın məlumatına görə, yəhudilərin hücumuna cavab olaraq Dəməşqin hava hücumundan müdafiə sistemləri işə salınıb və raketlərin əksəriyyəti vurulub.
Kəfr Sousa bölgəsini hədəf alan bu hava hücumu nəticəsində ilkin statistikaya görə, 5 şəhid və 15 nəfər yaralanıb.
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!