Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İbranidilli mənbələr İranın işğalçı yəhudi rejiminin Bat Yam və Rehovot bölgələrinə endirdiyi yeni raket zərbələri nəticəsində indiyədək onlarla sionist mühacirilərinin gəbəriyini, 200-dən artıq cühüdün yaralandığını bildirib.
Faşist İsrail rejim ordu radiosu və Yedioth Ahronoth da daxil olmaqla sionist rejim medialarının məlumatına görə, Təl-Əvivin cənubunda yerləşən Bat Yam şəhərində onlarla yaşayış evi və bina İran raketinin zərbəsi nəticəsində tamamilə və ya qismən dağılıb. Xilasetmə əməliyyatları hələ də davam edir.
Xilasetmə qüvvələri indiyədək bir neçə nəfərin cəsədini dağıntılar altından çıxarıb, xeyli sayda yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanalara çatdırılıb. Bəzi mənbələr yaralılardan bəzilərinin xəstəxanalarda öldüyünü və bəzilərinin isə vəziyyətinin ağır olduğunu bildirib.
Yedioth Ahronoth qəzetinin məlumatına görə, təxminən 100 nəfərin hələ də Bat Yamdakı binanın dağıntıları altında qaldığı təxmin edilir.
Hal şahidləri bildiriblər ki, bu hücumlarda İranın yüksək dəqiqliyə və ifrat dağıdıcı gücə malik raketləri Təl-Əvivin şəhər toxumasında dərin çatlara səbəb olub və paytaxtı yarı iflic vəziyyətinə salıb.
Sizin rəyiniz