15 iyun 2025 - 22:21
Ümüdünya Əhli Beyt (ə) Assambleyasının faşist sionist rejimin İİR-a qarşı həyata keçirdiyi təcavüzü ilə bağlı bəyanatı

Sionist rejimin qaniçən Amerikanın təhrik və hərtərəfli dəstəyinin ardınca günahsız insanların qanını tökməsi, yol verdiyi çoxlu strateji xəta və səhvləri, in şə Allah, onlar üçün ağır və acınacaqlı aqibətlə nəticələnəcəkdir.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: bir neçə gün öncə faşist sionist İsrail rejimin İslami İrana qarşı şərəfsizcəsinə həyata keçirdiyi hərbi təcavüzü ilə bağlı bəyanat yayaraq, şeytani  rejimin xüsusilə yaşayış massivlərinə qarşı həyata keçirdiyi təcavüzünü şiddətlə qınayıb və dünyanın müxtəlif bölgələrində olan Ümümdünya Əhli Beyt (ə) Assambleyası ilə əlaqədar şəxslərə apara biləcəkləri rolları ilə bağlı yaddaşlar bəyan edib.

Bəyanatın mətnini xidmətinizə təqdim edirik:

Bismilləhir Rahmənir Rahim

İnna minəl-mucriminə muntəqimun - Şübhəsiz cinayətkarlardan intiqam alacağıq (Səcdə sürəsi, ayə 22)

Əzəmətli Qədir-Xum Bayramı ərəfəsində, qanları İslam hərbiçilərinin və elm və texnologiya alimlərinin qanlarına qarışmış bir neçə sıravi vətəndaşların şəhadətə yetirilmələri ilə bağlı Ali Məqamlı Rəhbərin (Allah ömrünə brəkət versin) xidmətinə, dəyərli həmvətənlərimizə, xüsusi ilə də şəhidlərin və yaralıların izzətli ailə üzüvlərinəhəm təbrik və həm də təsliyyət ərz edirik.

İşğalçı və cinayətkar sionist rejim açıq-aşkar təcavüzkarlıq və danılmaz cinayətlə İslam Respublikasının mənafeyinə zidd olaraq, milli suverenliyinə zərbə vurmuş, Tehranın bir sıra məntəqələrində və İranın digər şəhərlərində xalqın təhlükəsizliyinə və yaşayış məntəqələrinə nahaq hücum etmiş, ərazi bütövlüyünü pozmuşdur.

Bütün bu hərbi təcavüzlər qlobal miqyasda qəbul edilmiş hüquqi dövlətlərin nöqteyi-nəzərindən beynəlxalq hüquq qayda və prinsiplərinə ziddir və heç bir halda məqbul və müdafiə oluna bilməz. Daha doğrusu, bubtəcavüzlər Qüdsü işğal edən rejimin zəifliyinə, qorxaqlığına, şəxsiyyətinin olmamasına işarədir.

Sionist rejimin qaniçən Amerikanın təhrik və hərtərəfli dəstəyinin ardınca günahsız insanların qanını tökməsi, yol verdiyi çoxlu strateji xəta və səhvləri, in şə Allah, onlar üçün ağır və acınacaqlı aqibətlə nəticələnəcəkdir.

Dünyanın vicdanlı, ədalətli, cəsarətli və tarixin doğru tərəfində dayanan azad insanların, tələbələrin və professorların yekdil fikrinə əməl edərək, biz hamımız sionist terrorçu rejimin şər kimliyinə qarşı kollektiv güclə hərəkət etməliyik. Onlar bilirlər ki, İslami İranla müharibənin başlanğıcı Əhli-Beyt (əleyhimus-səlam) hərəminə hücumdur və indi dünyanın bütün azadlıqsevərləri, xüsusən də Ümüdüny Əhli-beyt (əleyhimus-səlam) Assambleyasına bağlı və bu Assambleya tərəfindən təyin olunan Əhli-beyt (əleyhimus-səlam) qrupları hər zamankindən daha yüksək səslə fəryad edə bilərlər ki, sionistlər təcavüzkar və terrorçudurlar. Həmişəkindən daha birləşmiş və vahid İran xalqı bu uşaq öldürən və terrorçu rejimə sərt cavab verəcəkdir.

Sizin rəyiniz

You are replying to: .
captcha