12 iyun 2025 - 14:28
İran-ABŞ danışıqlarının yeni mərhələsinin vaxtı və yeri açıqlanıb

Omanın xarici işlər naziri İran və ABŞ arasında dolayısı danışıqların altıncı raundunun vaxtını və yerini açıqlayıb.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Omanın xarici işlər naziri Bədr Əl-Busəid özünün X-Net hesabında bildirib ki, İran və ABŞ arasında danışıqların altıncı raundu gələn bazar günü Omanın paytaxtı Maskatda keçiriləcək.

Amerikanın “Axios” saytı da Amerika rəsmisinə istinadən iddia edib ki, ABŞ-ın baş müzakirəçisi Stiv Uittaker bazar günü Maskatda İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi ilə görüşəcək.

İran və ABŞ arasında İran İslam Respublikasının nüvə proqramı ilə bağlı dolayı danışıqlar indiyədək Muskat və Romada beş dəfə keçirilib.

İran dəfələrlə bəyan edib ki, heç vaxt nüvə silahı əldə etməyə cəhd göstərməyib və ABŞ-ın bu danışıqlarda məqsədi İranın nüvə silahına sahib olmasının qarşısını almaq olarsa, razılaşmanın əldə olunması mümkündür. Bununla belə, Tehran dəfələrlə bəyan edib ki, uranın öz torpağında zənginləşməsi ölkənin qırmızı xəttidir və heç vaxt bundan geri çəkilməyəcək.

Sizin rəyiniz

You are replying to: .
captcha