12 iyun 2025 - 15:07
Aksios: Netanyahu Qolani ilə danışıqlar aparmaq üçün ABŞ-ı vasitəçi qərar verir

Amerikanın internet saytlarından biri Binyamin Netanyahunun İsrail rejimi ilə Qolani rejimi arasında münasibətlərin normallaşdırılması üçün ABŞ-dan vasitəçilik tələb etdiyini bildirib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Faşist İsrail rejim mənbələri Amerikanın Axios saytına bildiriblər: “İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Baraka Əbu Məhəmməd əl-Culaninin [Əhməd əl-Şara] başçılıq etdiyi Suriyanın yeni hökuməti ilə ABŞ vasitəçiliyi ilə danışıqlara başlamağa hazır olduğunu bildirib.”

Bu barədə həmin mənbələr belə məlumat yayıblar: “Netanyahu iki tərəf arasında hərtərəfli kompromis razılaşmasına yol açmaq üçün Dəməşqlə təhlükəsizlik razılaşması əldə etməyə çalışır. Bu istəyinə nail olmaq üçün Netanyahu ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanında Qolani ilə görüşü və Vaşinqtonun Suriyaya qarşı sanksiyaları ləğv etmək qərarı da daxil olmaqla, bir sıra regional hadisələrdən istifadə edib.”

Sionist rəsmi iddia edib ki, Qolani birbaşa Ankaradan əmr almır. Vaşinqton və Ər-Riyadla möhkəm əlaqələr qurmaq istədiyini bəyan edib və buna görə də sionist rejim bu yanaşmanı Suriyanın yeni hökuməti ilə münasibətlərini normallaşdırmaq üçün diplomatik fürsət hesab edir.

Qeyd edəkki, bir neçə gün öncə ABŞ Konqresinin üzvü Merilin Statsman, Suriyanı idarə edən terrorçuların lideri Əbu Məhəmməd əl-Culaninin Suriyanın birliyinin qorunması şərti ilə sionist rejimlə sülhə və Colan təpələri ilə bağlı danışıqlara hazır olduğunu ifşa etmişdir.

O, Qolani ilə danışdığını və bu danışıqlarda işğal olunmuş Colan təpələri məsələsi də daxil olmaqla, sionist rejimlə fikir ayrılıqlarının siyasi yolla həllinə hazır olduğunu vurğulayıb.

Amma bütün bunlar elə bir vaxtda baş verir ki, sionist rejim Bəşşar Əsəd rejiminin süqutundan sonra Suriyanın müxtəlif bölgələrini yüzlərlə dəfə bombalayıb və ölkənin cənubunu geniş şəkildə işğal edib, lakin sionist rejimin bu təcavüzləri və işğal etmələri terrorçu Colani rejimi tərəfindən heç bir ciddi reaksiya ilə qarşılanmayıb. Əksinə Qolani vəhhabi terrorçularının başçısı dəfələrlə rəsmi şəkildə bildirib ki, İsrail faşist rejimi ilə heç bir problemləri yoxdur və Colani vəhhabi terror rejimi ilə faşist İsrail rejiminin müştərək düşmənləri (yəni İran və Şiəlik) vardır. Məhz bu iddialarına əsasən də Qolani terrorçuları Suriyada yaşayan Ələbiləri və Şiələri qətliam edir və onların müqəddəs yerlərini bağlayırlar.

Sizin rəyiniz

You are replying to: .
captcha