8 fevral 2023 - 16:00
Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 2 530 nəfərə çatıb

Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Suriya və Türkiyənin əyalətlərində ciddi dağıntılara səbəb olub. Xeyli sayda insan həyatını itirib və yaralanıb.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Suriyanın müxtəlif bölgələrində zəlzələ nəticəsində ölənlərin sayı 2 530 nəfərə, yaralananların sayı isə 4 645 nəfərə çatıb.

Xatırladaq ki, fevralın 6-da Türkiyə və Suriyada səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Suriya və Türkiyənin əyalətlərində ciddi dağıntılara səbəb olub. Xeyli sayda insan həyatını itirib və yaralanıb.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!