4 aprel 2022 - 14:11
Rusiyadan Belarusa qətiyyətli dəstək

Kremlin sözçüsü bildirib ki, Rusiyanın Belarusa hərbi dəstəyi hərcəhətli və mükəmməldir və Moskva Minskə qarşı hər hansı hücumu Moskvaya qarşı hücum hesab edəcək.

ABNA24 Xəbər Verir , Dmitri Peskov sonra belə qeyd edib: Biz müdafiə məsələlərindəki qarşılıqlı öhdəliklər altında, birincisi, öz ittifaqımız çərçivəsində, ikincisi isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində müttəfiq olmuşuq.

Rusiya və Belarusun bir-birinə olan qarşılıqlı himayələrinə toxunan Peskov vurğulayıb ki, bu məsələdə heç bir şübhə yoxdur.

Kremlin sözçüsü həmçinin bildirib ki, Rusiyanın Ukraynaya hərbi hücumda məqsədi, 2014-cü il razılaşmalarına əsasən, Donetsk və Luqanskın istiqlaliyyətlərinin qaytarılmasıdır.

Peskov deyib: Rusiya Ukraynada rasist düşüncələrə son qoymağa və rus dilinin bu ölkədə öz yerini yenidən tutmasına çalışır.

Kremlin sözçüsü əlavə edib: Moskva Belarusda Kiyevlə müzakirələri davam etdirmək istəsə də, Ukrayna bunu istəmir.

342/