9 mart 2022 - 19:44
44 illik sanksiyalarla üzləşən İİR özünün ikinci peyki olan Noor 2-ni kosmosa göndərdi, Sepah bunu da bacardı –Video Reportaj

Qeyd edək ki, İran İslam Respublikası İslam Dünyasında Kosmos Liderliyini və dünya səviyyəsində isə, 10-cu yerdə liderlik edir. Yaddan çıxartmayaq ki, İran İslam Respublikası 44 il davam edən ən ağır iqtisadi, siyasi və elmi sanksiyalar altında hazırda dünyanın 10-ci Kosmos Qüdrətinə sahib çıxıb. Ondan öncəki 9 ölkə yəni 1- ABŞ, 2- Rusiya, 3- Çin, 4- Yaponiya, 5- Hindistan, 6- Kanada, 7- Fransa, 8- İtaliya, 9- Almaniya heç bir sanksiyalar görmədən və baykot olunmadan Kosmos liderliyinə yiyələniblər.

00:00
00:00
Download

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, ABŞ və Qərb dövlətləri başda olmaqla dünya imperialist qüvvələrin İran İslam Respublikasına 44 il davamlı sürətdə tətbiq etdikləri ən ağır və dəhşətli sanksiyalara baxmayaraq İran İslam Respublikasının İslam İnqilabı Keşikçiləri Korpusunun-Sepahın Hərbi Hava Qüvvələri Allaha təvəkkül edərək yerli mömin mütəxəssislərinin zəhmətləri sayəsində ixtira etdikləri Nur 2 peykini Şəbaniyyə bayramları ilə eyni vaxtda ölkənin Şahrud səhrasından üç mərhələli Qasid peykindən istifadə edərək 500 kilometrlik orbitə yerləşdirdilər.

Bu peykin vəzifəsi ölçmə və kəşfiyyatdır və Noor 2 peyki buraxıldıqdan sonra 6,7 ​​km/s sürətlə 500 km orbitə və 480 saniyəyə yerləşdirilib.

Məlumata görə, İran İnqilabı Keşikçiləri Korpusunun ilk kosmik əməliyyatı 21 ay əvvəl, 2020-ci ilin İyul ayında Noor 1 peykinin buraxılması ilə başlayıb və bir illik proqnozlara baxmayaraq, Nur peyki hələ də canlı və aktivdir və öz məlumatlarını Yerə ötürür.

Qeyd edək ki, İran İslam Respublikası İslam Dünyasında Kosmos Liderliyini və dünya səviyyəsində isə, 10-cu yerdə liderlik edir. Yaddan çıxartmayaq ki, İran İslam Respublikası 44 il davam edən ən ağır iqtisadi, siyasi və elmi sanksiyalar altında hazırda dünyanın 10-ci Kosmos Qüdrətinə sahib çıxıb. Ondan öncəki 9 ölkə yəni 1- ABŞ, 2- Rusiya, 3- Çin, 4- Yaponiya, 5- Hindistan, 6- Kanada, 7- Fransa, 8- İtaliya, 9- Almaniya heç bir sanksiyalar görmədən və baykot olunmadan Kosmos liderliyinə yiyələniblər.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!