Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Vəliyyi Fəqih Hakimiyyəti ilə idarə olunan İran İslam Respublikası, bu gün dövlət televiziyasında verdiyi açıqlamada, kosmosa üç cihaz daşıyan peyk raketi atdığını açıqladı.
Rəsmi xəbər agentliklərinin də təsdiqlədiyi xəbərdə kosmosa buraxılışın tam olaraq nə zaman baş verdiyi və hansı cihazların buraxıldığı barədə məlumat verilməyib.
ABŞ mediası İran İslam Respublikasının kosmosa raket buraxılışının Tehranla 5+1 ölkələri arasında Vyanada çətin nüvə danışıqları zamanı baş verdiyinə diqqət çəkib.
İran İslam Respublikasının Müdafiə Nazirliyinin sözçüsü Əhməd Hüseyni “Simurq” (Feniks) adlı raketdə 3 qurğunun aparıldığını təsdiq edərək, cihazların 470 kilometr yüksəkliyə göndərildiyini qeyd edib.
Kosmik mərkəzin və peyk daşıyıcısının fəaliyyətinin zəruri olduğunu deyən cənab Hüseyni raket buraxılışının uğurla həyata keçirildiyini də ifadə edib və gələcəkdə də belə əməliyyatların davam etdiriləcəyini vurğulayıb.
İran İslam Respublikasının televiziyası “Simurq” peyk daşıyıcısı” və “Biz bunu edə bilərik” sözləri yazılmış ağ raketin səhər saatlarında İmam Xomeyni kosmos bazasından səmaya buraxıldığını əks etdirən görüntülər yayımlayıb. Buraxılış əməliyyatına yaxından şahid olan dövlət televiziyasının müxbiri raketin buraxılışını “İran alimlərinin daha bir nailiyyəti” kimi qiymətləndirib.
İran İslam Respublikası son 10 ildə Yer orbitinə bir neçə qısamüddətli peyk yerləşdirib və 2013-cü ildə kosmosa meymun göndərib.
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!