ABNA24 Xəbər Verir, Əllamə Təbatəbainin fransız filosof və şiəşünas Henri Korbin ilə elmi müzakirələri şiə məktəbinin avropalılara tanıdılmasına yol açdı.
Dünyaya göz açması 1892-ci ilin səhər çağına təsadüf edir. Təbrizin Məşayix bölgəsinin Şadabad kəndində.
Adı Məhəmməd Hüseyn oldu, Təbatəbai sülaləsindənə.
Uşaq ikən ata qayğısından məhrum oldu.
Amma bütün bunlar atanın uşağı haqqında arzusunun çin olmasına mane olmadı. O, 1952-ci ildə təhsilinin davam etdirmək üçün İraqa, Nəcəf-Əşrəf şəhərinə yola düşdü.
İslam dünyasının məşhur yazıçısı, filosofu və ilahiyyatçısı şiə məktəbində hikmət, fəlsəfə və təfsir elmlərini canlandırdı.
Əllamə Təbatəbai bənzərsiz tələbələr yetişdirməklə yanaşı, dəyərli əsərlər ərsəyə gətirərək, dini düşüncəni dirçəltmişdir.
O, Təbrizdə 20 cilddə yazdığı "Əl-Mizan" kitabını İmam Musa Sədrin atası Ayətullah Seyid Sədrəddin Sədrin tövsiyəsi ilə tədris etməyə başlayır və onun kənarında fəlsəfəni də tədris edir.
Əllamə Seyid Məhəmməd Hüseyn Təbatəbainin həyat ulduzu 1981-ci ildə noyabrın 15-də söndü və o inandığı əbədiyyətə qovuşdu.