Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei bu səhər (çərşənbə axşamı, 1404-cü il Xordad ayının 14) 04 İyun 2025-ci il, Tehranda, İmam Xomeyninin (r.ə) vəfatının 36-cı ildönümü münasibətilə keçirilən mərasimdə hər il olduğu kimibu il də nitq söyləyib.
İnqilab Rəhbəri bədxahların İran xalqında “Biz bacararıq” ruhunu aradan aparmaq üçün tökdükləri planlarını bu kimlik elementinin misilsiz əhəmiyyətinin əlaməti hesab edib və bir daha xatırladıb:
İndi bu nüvə məsələsində və Omanın vasitəçiliyi ilə aparılan danışıqlarda amerikalıların təqdim etdiyi plan 100% “Biz bacarırıq” şüarının əleyhinədir.
Ümüdünya Müsəlmanlarının Ali Rəhbəri İslam İnqilabının bugünkü dünyada baş verən hadisələrə hiss edilən təsirlərinə toxunaraq, vurğulayıblar:
Mərhum İmam imandan qaynaqlanan tədbirlilik və rasionallıqla inqilabın və ölkənin qüdrətli və şərəfli hərəkatının davam etdirilməsi prinsiplərini əsas “milli istiqlal” anlayışı altına daxil etmişdir. Məhz bu prinsiplərin işığında əziz İranımız tərəqqiyə, ictimai rifaha, davamlı təhlükəsizliyə, xarici mövqelərinin daha da yaxşılaşmasına və parlaq gələcəyə nail olacaqdır.
Ali Rəhbərin İnformasiya Mərkəzinin məlumatına görə, Ayətullah Xamenei milli nüvə məsələsini də açıqlayıb. O, İranın tam və qürurlu nüvə yanacağına malik olmasını xalqın və gənc alimlərin “Biz bunu bacararıq” inamının nəticəsi adlandırıb.
İmam Xamenei, bu sənayenin digər elm və sənaye sahələrinin tərəqqisinə göstərdiyi mühüm təsirlərinə toxunaraq, ABŞ-ın təqdim etdiyi nüvə planını “Biz bacararıq” rəhbər prinsipi ilə tamamilə zidd hesab edib və vurğulayıb:
Zənginləşdirilməmiş nəhəng nüvə sənayesi praktiki olaraq faydasızdır. ABŞ və sionist rejim bilməlidirlər ki, İranda nüvə sənayesini aradan aparmaq olduqları əsas məqsədlərinə çatmaq üçün heç bir qələt edə bilməzlər.
O, İmam Xomeynini İslam Respublikasının artan, sabit və nüfuzlu sisteminin böyük memarı hesab edib və deyib:
Böyük dövlətlərin tənəzzülü, çoxqütblü sistemin formalaşması, Amerikanın statusunun və təsirinin kəskin şəkildə azalması, hətta Avropa və Amerikada sionizmə nifrətin artması, bir çox xalqların oyanması və Qərb dəyərlərinin rədd edilməsi istiqamətində hərəkəti kimi məsələlərdə o böyük insanın vəfatından 36 il sonra onun varlığı və inqilabının təsirləri hələ də hiss olunur.
İnqilab Rəhbəri “İran xalqının bir din alimi tərəfindən səfərbər edilməsi, imam və xalqın təpədən-dırnağa kimi silahlanmış və xarici dövlətlərdən asılı olan Pəhləvi rejimi üzərində əli boş qələbə çalması, təkəbbürlü və talançı amerikalıların və müftəxor sionistlərin İrandan süpürüb eşiyə atması” qarşısında Qərb dünyasının qafilgir olmasına və təəccübünə toxunaraq buyurublar:
Qərblilərin ikinci sürprizi İmamın planı və təqibi ilə İslam Respublikası sisteminin formalaşması oldu.
Amerikalıların İranda sövdələşən hökumətin qurulmasına və bu ölkədə öz qeyri-qanuni maraqlarının bərpasına etdikləri ümidlərini xatırladan Ayətullah Xamenei əlavə ediblər: İmam İranda islami və dini quruluşun qurulması ilə bağlı mövqelərini açıq şəkildə ifadə etməklə amerikalıların bu ümidini puça çıxartdı və düşmənlərin (İslam və İrana qarşı) dağıdıcı fitnələri də buradan başladı.
O, Qərbin, xüsusilə də ABŞ-ın İslam İnqilabına qarşı dağıdıcı planlarının həcmini, müxtəlifliyini və intensivliyini müasir inqilablar tarixində misli görünməmiş adlandırıb və buyurublar: Etnik təhriklər, əksinqilabi və solçu qrupları silahlandırmaq, Səddam adlı qaniçən canavarı İrana hücum etməyə sövq etmək və dəstəkləmək, eləcə də İmam Xomeyninin siyasi, əqidəvi və dini kadırlarını öldürmək düşmənlərin ədavət hərəkətlərindən idi. Nüfuzlu alim və şəxsiyyətlərin terror edilməsi xətti sonrakı onilliklərdə nüvə alimlərinin öldürülməsi ilə davam etdirildi.
İnqilab Rəhbəri “davam edən hərtərəfli sanksiyalar, ABŞ-ın Təbəsə hərbi hücumu və Fars körfəzi üzərində İran sərnişin təyyarəsinə hücumu” İran xalqının və İslam İnqilabı düşmənlərinin digər pis niyyətli hərəkətləri adlandırıb və buyurublar: Bütün bu sui-qəsd və terrorlar arxasında təkəbbürlü hökumətlər, xüsusən də ABŞ və sionist rejim, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi, Britaniyanın Mİ6-sı və işğalçı rejimin Mossad kimi casus agentlikləri dayanırdı.
O, bu dekadant və dağıdıcı hərəkətlərin məqsədini İslam Respublikasını zəiflətmək hesab edib və vurğulayıb: Millət və sistem bütün bu fitnələrə sinə gərmiş və mindən çox fitnənin qarşısını almışdır və İslam Respublikası nəinki zəifləməmiş, əksinə, öz yoluna tam gücü ilə davam etmişdir və bundan sonra da iqtidarla irəliləməyə davam edəcəkdir.
Həzrət Ayətullah Xamenei emosiyaların ağıl üzərində üstünlük təşkil etməsini böyük bir fəlakət və inqilabların, o cümlədən Fransa İnqilabının əsil hədəfindən sapmasında əsas amil hesab edərək vurğuladı: Mərhum aliməqamlı İmam qeyb aləminə olan imandan irəli gələn İlahi uzaqgörənlik və rasionallıq ilə İslam İnqilabını bu dağıdıcı fəlakətdən qorudu və ona toxunulmazlıq verdi, inqilabı və xalqın hərəkatını ilkin yolundan yayındırmaq üçün hisslərin ağıl üzərində hökmranlığına imkan vermədi.
İmam Xamenei həzrətləri, Vəliyyi Fəqihin himayəsi və milli istiqlaliyyəti İmam Xomeyni həzrətlərinin rasionallığının iki sütunu adlandıraraq əlavə etdi: Vəliyyi Fəqih sütunu dini cəhətin mühafizəçisidir və xalqın məqsəd və əqidəsinə əsaslanan fədakarlığından doğan inqilabın yolundan azmasının qarşısını alır. Milli istiqlal da İmamın bir çox fikir və hədəflərini özündə ehtiva edir.
Ayətullah Xamenei milli istiqlaliyyətin təcrid və dünya ilə əlaqələri kəsmək kimi yozulmasını nadürüst və bir növ yanlışlıq hesab edib və əlavə ediblər:
Milli istiqlal o deməkdir ki, İran və millət öz ayaqları üzərində dayanaraq və başqalarına arxalanmadan yaşıl işığı gözləməsinlər. Amerika və bu kimi rejimlərin qırmızı işığından narahat olmasınlar, digər qüdrətlərin təsdiq və ya müxalifətini nəzərə almadan öz mühakimələri ilə qərar verib lazımi addım atsınlar.
Ümüdünya Müsəlmalarının Ali Lideri möhtərəm İmamın (ə) milli istiqlal mövzusundakı ifadələrindən irəli gələn birinci prinsipi bildirərkən “Biz bacarırıq” prinsipini vurğulayaraq buyurmuşlar:
Milləti “Biz bacarmırıq” inancına inandıran zalım rejimdən fərqli olaraq, İmam İranın milli kimliyində, gənclərində və siyasətçilərində özünə inam və “Biz bacarırıq” hissini canlandırdı və ölkənin elm, texnologiya, müdafiə, inkişaf və quruculuq sahələrində əldə edilən heyrətamiz irəliləyişlər məhz bu ruh və əqidədən qaynaqlanır.
İnqilab Rəhbəri bədxahların İran xalqında “Biz bacarırıq” ruhunu məhv etmək üçün töktükləri planlarını bu kimlik elementinin misilsiz əhəmiyyətinin əlaməti hesab edib və qeyd ediblər: İndi, bu çox nüvə məsələsində və Omanın vasitəçiliyi ilə aparılan danışıqlarda amerikalıların təqdim etdiyi plan 100% “Biz bacarırıq” ruhunu əleyhinədir.
Həzrət Aytullah Xamenei, öz əqidəsinə uyğun hərəkət etməyi, böyük dövlətlərin iradəsinə, zorakılığına boyun əyməmək mənasını verən “müqavimət” prinsipini milli müstəqilliyin digər tərkib hissəsi adlandırmış və “müdafiə qüdrətinin yüksəldilməsi”ni digər prinsip kimi vurğulayaraq demişdir: İnqilabın əvvəlində müdafiə istehsalında imkanlarımız çox kiçik idi və sıfıra yaxın idi, lakin İmamın təşviqi və vurğusu ilə müdafiə qüdrətinin artırılması işi elə başladı ki, bu gün dünyanın müdafiə qüdrətlərinin qiymətləndiriciləri İranın bəzi müdafiə kateqoriyalarında regionda birinci yerdə olduğunu etiraf edir və yaxud sanksiyalara baxmayaraq, İranın bəzi naliyyətlərindən təəccübləndiklərini bildirirlər.
“İzah etmək” prinsipi İranın milli istiqlaliyyətinin təmin edilməsində İmamın əqli və əməli sisteminin başqa bir hissəsi idi ki, İnqilab Rəhbəri buna işarə edib və buyurublar: İmam 1962-ci ildə hərəkatın başlanğıcından ömrünün son ilinə qədər xalqa mühüm məsələləri izah etdi. Onun son bir ildə xalqa, Dini Elmi Hövzələrə və akademiklərə ünvanladığı yazılar ən yaxşı yazılarındandır. Təbii ki, İmamın izahı təkcə duyğulara əsaslanmırdı, həm də dəlillərlə ağılları inandırır, eyni zamanda qəlblərlə və beyinlərlə danışırdı.
Həzrət Ayətullah Xamenei təslim olmamaq və düz yolda davam etmək mənasını verən “səbr” prinsipini İmamın nəzərində milli istiqlal məfhumunun digər prinsipi hesab edərək əlavə edib: Möhtərəm İmam xalqın və gənclərin fikir və qəlblərini bu prinsiplərlə tanış edib müşayiət etmişdir və bu prinsiplərə əsaslanan rasionallıqla inqilabın kimliyini və onun düz xətt üzrə davamlı hərəkət etməsin zəmanət vermişdir.
İslam İnqilabının Ali Rəhbəri, bəzi insanların rasional olmağa çağırışlarındakı məqsədlərinin Amerika və zalımlara boyun əymək və təslim olmaq mənasına gəldiyini hesab edərək vurğulayıblar: Bu rasionallıq deyil; rasionallıq budur ki, İmam xalqı və ölkəni güclü və qüdrətli etməklə, xalqın qarşısında parlaq gələcək qurmaqla İranı dünyada şərəfli edə bilmişdir. Hansı ki, inşallah, İmamın rasionallığı ilə əsası qoyulmuş yolda milli hərəkatı davam etdirməklə, millət davamlı təhlükəsizlik, tərəqqi və ümumi rifah və daha böyük beynəlxalq tərəqqi əldə edəcək.
İnqilab Rəhbəri çıxışının digər hissəsini milli nüvə məsələsinin izahına və xalqın maarifləndirilməsi üçün məqamların ifadə olunmasına həsr edərək buyurdular: Gənclərinin intellekti və zəhmətkeş alimlərinin səyi sayəsində İran tam nüvə yanacağını əldə edəbilməsinə nail ola bildi, halbuki dünyada bu qabiliyyətə malik olan ölkələr çox azdır.
Zati Aliləri, nüvə sənayesinin faydalarının yalnız təmiz və ucuz elektrik enerjisi istehsalı ilə məhdudlaşmadığını hesab edərək əlavə etmişlər: Nüvə sənayesi ana və əsas sənayedir, ictimaiyyətə təqdim edilməli olan ekspertlərin və alimlərin hesabatlarına görə, nüvə fizikası, enerji mühəndisliyi, material mühəndisliyi kimi fundamental elm və mühəndisliyin müxtəlif sahələri, həmçinin tibbi avadanlıqlar, aerokosmik və dəqiq elektron sensorlardakı dəqiq və həssas texnologiyalar nüvə sənayesindən asılıdır və ya ondan təsirlənir.
Həzrət Ayətullah Xamenei nüvə sənayesinin tibb və əczaçılıq sektorlarında ağır xəstəliklərin diaqnozu və ya müalicəsi üçün faydalarını, eləcə də bu sənayenin kənd təsərrüfatı və ətraf mühitlə bağlı sənayelərə təsirini digər praktik sahələr arasında sadalayaraq bildirmişlər: Nüvə sənayesində uranın zənginləşdirilməsi düşmənlərimizin də toxunduğu əsas və əsas məqamdır.
Zənginləşdirmə imkanları olmadan nəhəng nüvə sənayesinin faydasız olmasının səbəbini izah edən İslam Dünyasının Ali Lideri vurğulayıblar: Zənginləşdirmədən, elektrik stansiyalarını yanacaqla təmin etmək üçün nüvə yanacaqları sahiblərinə əl açaraq müraciət etməliyik; təsəvvür edin sanki bizə deyirlər ki, neftinizin olmasına baxmayaraq, sizin neft emalı zavodları tikməyə, benzin istehsal etməyə ixtiyarıız yoxdur. Həm də benzininizi alıb tədarük etmək üçün başqa ölkələrin istəyinə uyğun hərəkət etməlisiniz.
İslam İnqilabının Rəhbəri əlavə ediblər: Zənginləşdirmə və yanacaq istehsal etmək imkanı olmadan, hətta 100 atom elektrik stansiyasının olması da faydasızdır; çünki biz yanacaq təmin etmək üçün ABŞ-a müraciət etməliyik və amerikalılar bunun üçün onlarla şərt qoya bilərlər, necə ki, 2005-2015-ci illərdə 20 % uran yanacağını təmin etmək məsələsində bunu təcrübə etdik.
İmam Xamenei həzrətləri, iki dost ölkəsinin ABŞ-ın o vaxtkı prezidentinin tələbi ilə İranın 3,5 faiz zənginləşdirilmiş materialın bir hissəsinin 20 faizlik yanacaq müqabilində daxili ehtiyacların ödənilməsi üçün vasitəçiliyinə toxunaraq buyurmuşlar: Həmin vaxt məmurlar dəyişməni qəbul etdilər və mən dedim ki, qarşı tərəf 20%-lik yanacağı Bəndər Abbasa köçürməlidir, biz sınaqdan keçirdikdən sonra dəyişdirməni həyata keçirəcəyik, lakin onlar bizim çalışqanlığımızı, təkidimizi görüb vədlərinə xilaf çıxdılar və 20%-lik yanacağı vermədilər.
Ali Məqamlı İslam Rəhbəri Həzrəti Ayətullah Xamenei əlavə daha sonra əlavə edərək bildirmişlər: Təbii ki, siyasi toqquşmalar zamanı alimlərimiz 20 faizlik yanacağı özləri daxildə istehsal etdilər.
İnqilab Rəhbəri amerikalıların nüvə məsələsi ilə bağlı ilk sözlərini və tələblərini İranın bu sənayedən tamamilə məhrum edilməsi və xalq üçün müxtəlif faydaları, həmçinin minlərlə gənc nüvə tədqiqatçı və elm adamının işsizliyi və ümidsizliyi adlandırıb və deyiblər: ABŞ-ın kobud və təkəbbürlü liderləri bu tələbi müxtəlif formalarda təkrarlayırlar.
O, Amerikanın zorakı tələblərinin reallığını İran xalqının tərəqqi və zənginləşməsinə qarşı çıxmaq hesab edərək vurğulayıblar: Bu faktları ona görə bildirdik ki, İran milləti müəyyən qədər məlumatlı olsun; məmurlar da ətraflı izahat verməlidir.
“Bizim Amerikanın Səs-küylü və tədbirsiz hökumətinin cəfəngiyyatına cavabımızın bəllidir” ifadəsini vurğulayan Ayətullah Xamenei bir neçə il əvvəl ABŞ prezidentlərindən birinin acizliyini xatırladaraq, əgər bacarsaydım, İranın nüvə sənayesindəki vintlərindən birini gevşetərdim arzusuna işarə efərək bildirib və əlavə ediblər: Bu gün bizim nüvə sənayemizin vintləri xeyli möhkəmlənib və o prezident heç nə edə bilməyəcəyini etiraf etdiyi kimi, bugünkü sionist və amerikan hökmdarları da bilməlidirlər ki, bu məsələdə heç bir qələt edə bilməzlər.
Vəliyyi Fəqih, Həzrət Ayətulla Xamenei İslam Respublikasının amerikalılara və İranın nüvə sənayesinin digər əleyhdarlarına ilk sözlərini onların iddialarının hüquqi əsasını şübhə altına almaq kimi qiymətləndirib və deyib: Onlara mesajımız budur ki, İran xalqının seçimi öz əlindədir. Siz kiminiz və hansı hüquqi mövqedən bizim uranı zənginləşdirmək və ya zənginləşdirməmək məsələsi barədə müdaxilə edirsiniz?
İnqilab Rəhbəri çıxışının yekun hissəsində sionist rejimin Qəzzədəki heyrətamiz və ağlasığmaz cinayətlərinə işarə edərək, onların qida paylama mərkəzi kimi bir mərkəz yaratmaqla insanlara hücum edərək onlarə qətlə yetirmələrinə işarə edərək qeyd ediblər: Bu həddə alçaqlıq, xəbislik, qəddarlıq və pislik həqiqətən heyrətləndiricidir.
İmam Xamenei Həzrətləri, Amerikanı sionist rejimin cinayətlərində şərik olduğunu vurğulayaraq əlavə ediblər: Ona görə də biz israr edirik ki, Amerika bu regionu tərk etməlidir.
Həzrət Ayətullah Xamenei İslam hökumətlərinin üzərinə düşən vəzifəni ağır adlandıraraq, bu gün nə düşünməyə, nə mühafizəkarlığa, nə neytrallığa, nə də susmağa yer olmadığını vurğulayaraq əlavə ediblər: Əgər İslam hökuməti hər hansı bir şəkildə və ya hər hansı bəhanə ilə bu rejimi dəstəkləsə, istər münasibətləri normallaşdırmaqla, istər Fələstin xalqına yardım yolunu bağlamaq, istərsə də sionistlərin cinayətlərinə haqq qazandırmaqla olsun, alnında əbədi rüsvayçılığın qalacağını dəqiq bilməlidir.
İslam İnqilabının Rəhbəri sionistlərlə əməkdaşlığın ilahi və axirət əzabını çox şiddətli və ağır hesab edərək əlavə edib: Təbii ki, bu dünyada belə xalqlar bu xəyanətləri unutmayacaqlar; əlavə olaraq, sionist rejimə arxalanmaq heç bir hökumət üçün təhlükəsizlik yaratmır, çünki bu rejim Allahın qəti hökmü ilə süqut edir və inşallah, onun reallaşması uzun sürməyəcək.
Həzrət Ayətullah Xamenei Ərəfat gününü də dua, təvazökarlıq, diqqət və yalvarış baharı hesab edərək, xalqa, xüsusən də gənclərə Ərəfat fürsətindən maksimum istifadə etməyi, bu gündə İmam Hüseynin (ə) oxuduğu Ərəfə duasını, həmçinin Səhifəi Səccadiyyənin 47-ci duasını oxumağı və bacardıqları qədər Allahla razu-niyaz etmələrini tövsiyə etdi.
Sizin rəyiniz