Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının XİN başçısı Seyyid Abbas Əraqçi Afrika və qərbi Asiya ölkələrinə etdiyi səfər çərçivəsində Beyrutadaxil olub.
Beyrutun Rafiq Həriri hava limanına daxil olan Seyyid Abbas Əraqçi bildirib ki, İran və Livan arasında münasibətlər qarşılıqlı hörmət və ortaq maraqlar əsasında davam edəcək.
O vurğulayıb ki, Livanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün qorunması həm İran, həm də bütün region üçün çox önəmlidir. İran Livanın suverenliyini və ərazi bütövlüyünü hər zaman dəstəkləyib və İsrailin işğalçılığına qarşı dayanacaq.
Əraqçi əlavə edib ki, bu dəstək dost ölkənin Livandakı dostlarına verilən dəstəkdir və heç bir şəkildə Livanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilməməlidir.
Seyyid Abbas Əraqçi, Livanın prezidenti, parlament sədri, baş naziri və xarici işlər naziri ilə görüşüb və yeni regional şəraitdə iki ölkə arasında yeni münasibət mərhələsi haqqında danışıqlar aparıb.
Sizin rəyiniz