Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, İran İslam Respublikasının Prezidenti Ayətullah Seyyid İbrahim Rəisi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı İslam Respublikası İrana dəvət edib.
Məlumata görə, cənab Seyyid İ. Rəisinin rəsmi dəvət məktubunu İran İslam Respublikasının Xarici İşlər Naziri Hüseyn Əmir Abdullahiyan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğluya verib.
Bildirək ki, Abdullahiyanla Çavuşoğlu arasında görüş bundan öncə Nyu-Yorkda baş tutmuşdur.
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!