19 sentyabr 2021 - 08:16
Taliban tarixi Grişk qalasını dağıdıb

Taliban Əfqanıstanın Hilmənd vilayətində tarixi Grişk qalasını dağıdıblar.

ABNA24 Xəbər Verir, Taliban, Grişk şəhərində yerləşən bu tarixi qalanı tamamilə dağıldıqdan sonra onu dini məktəblə əvəz etmək niyyətindədir. 

Bu tarixi qala Sərdar Siddiq Xan tərəfindən tikilib və Əfqanıstan tarixinin kimliyini göstərir.

Bu qalanın min ildən çox keçmişi var və Qəznəvilər dövründə onlar tərəfindən istifadə edilib. Əmir Teymurun ayağını bu qalada itirdiyi deyilir.

Hilmənd vilayətində bu tarixi qalanın dağıdılması elə bir halda baş verir ki, Taliban Kabildə hökuməti ələ keçirdikdən sonra, Əfqanıstanda dağıdılmış tarixi abidələri bərpa etmək üçün Çindən kömək istəmişdi. 

342/