ABNA24 Xəbər Verir, Bu gəmilər Suriyanın Baniyas limanına yan almalıdırlar.
2021-ci il sentyabrın beşindən onunadək isə İranın Livana yanacaq daşıyan üçüncü gəmisi bu ölkəyə doğru hərəkət edəcəkdir.
Bundan öncə İrandan Livana yanacaq daşıyan gəmilərin hərəkəti xəbərini verən Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah onlara qarşı hər hansı təcavüz haqda kəskin tərzdə xəbərdarlıq etmişdi.
Livanda yanacaq böhranı son həftələr şiddətlənibdir. Belə ki, elektrik cərəyanının kəsilməsi, bəzi xəstəxanalar, çörəkxanalar, şirkətlər və sair əsas xidmətləri öz fəaliyyətlərini azaltmağa və ya dayandırmağa məcbur edibdir.
342/