26 mart 2021 - 19:23
İraqda ABŞ koalisiyasının daha 3 karvanı vuruldu

İraqda ABŞ-a bağlı daha üç təchizat karvanı yol kənarındakı bombalarla hədəfə alınıb.

ABNA24 Xəbər Verir, bu gün (25 mart) günortadan sonra ABŞ koalisiyasının təchizat konvoylarının yolunda daha üç partlayış baş verib.

Məlumata görə, ilk partlayış Bağdadın cənubundakı Əl-Yusifiyyə bölgəsində baş verib və üç ABŞ koalisiyasının maşınına ziyan dəyib, lakin insan itkisi olmayıb.

 İkinci partlayış Əl-Hillə şəhərinin cənubundakı Babil vilayətində, üçüncü partlama isə Divaniyə vilayətində baş verib.

 Günün əvvəlində, İraqın cənubundakı Divaniyə vilayətində ABŞ-ın rəhbərlik etdiyi koalisiya maddi-texniki təchizat karvanı yol kənarındakı bomba ilə hədəfə alınmışdı və Əshab Əl-Kəhf adlı qruplaşma partlayışa görə məsuliyyəti öz üzərinə götürmüşdü.

 Eyni zamanda, Zi Qar əyalətindəki Amerika koalisiyasının karvanının yolunda baş vermiş partlayışa görə məsuliyyəti Saraya Avliya Əl-Dam adlı qrup öz üzərinə götürmüşdü.

342/