7 oktyabr 2020 - 13:42
"İranın sərhəd bölgələrinə mərminin düşməsi yolverilməzdir"

İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri Dağlıq Qarabağda Azərbaycanla Ermənistan arasında baş verən toqquşmalar zamanı İranın bəzi sərhəd bölgələrinə mərminin düşməsinə münasibət bildirib. O, deyib: "Bu hərəkət əsla qəbulediləsi deyil".

ABNA24 Xəbər Verir, general-mayor Əmir Hatəmi bu gün etdiyi çıxışında İran vətəndaşlarının və sərhəd sakinlərinin təhlükəsizliyinin çox vacib olduğunu bəyan edərək, əlavə edib: "Bu sahədə Qarabağ bölgəsində döyüşən tərəflərə lazımi xəbərdarlıqlar edilib".

General-mayor Hatəmi İran xəbərdarlıqlarına Qarabağ münaqişəsində iştirak edən qonşular tərəfindən diqqət və əməl ediləcəyinə ümidvar olduğunu bildirib, çünki İranın sərhəd bölgələrinə mərmilərin düşməsi davam edərsə, daha çox tətbirlər görüləcək.

342/