ABNA24 Xəbər Verir, Bəhreyn kralı Həməd bin İsa Ali Xəlifə dünən Əbu-Dəbi vəliəhdi Məhəmməd bin Zaid ilə telefon danışığında Əmirliklərin sionist İsrail rejimi ilə sülh anlaşmasını "tarixi hadisə" adlandırıb və alqışlayıb.
Bəhreyn kralı bu addımın regionda sülh və sabitliyin möhkəmlənməsinə kömək edəcəyini iddia edib.
Həməd bin İsa Ali-Xəlifə BƏƏ, ABŞ və İsrail arasındakı anlaşmanın regionda sülh və sabitliyin bərqərarı üzrə səylərin möhkəmlənməsinə səbəb olmaqla yanaşı, region ölkələrinin inkişafına və çiçəklənməsinə də səbəb olacağını deyib.
Əbu-Dəbi vəliəhdi Məhəmməd bin Zaid də sionist İsrail rejimi ilə sülh anlaşmasını dəstəklədiyi üçün Bəhreyn kralına təşəkkür edib.
342/