Abna24 xəbər verir, İRİB-nin Frans Press-ə istinadla məlumatına görə, Vladimir Putin ABŞ-dakı etirazları qədim daxili böhranların göstəricisi adlandırıb.
"Rusiya 1" televiziya kanalına müsahibə verən Vladimir Putin "Bu günlər ABŞ-da şahidi olduğumuz hadisələr əslində bu ölkədəki dərin daxili böhranların təzahürüdür",- deyə son günlər ABŞ-da baş verənlərə münasibət bildirib.
O, sözlərinin davamında bu iğtişaşları koronavirus pandemiyası ilə əlaqələndirib və bu hadisələrin hansısa problemin olduğunu göstərdiyini və əslində ABŞ-da koronavirusla mübarizədəki problemlərin bu ölkənin bütün məsələlərini diqqət mərkəzinə çəkdiyini söləyib.
Rusiya prezidenti, həmçinin koronavirus pandemiyasının ABŞ və Rusiyadakı durumunu müqayisə edib. O, deyib: "Allahın köməyilə biz koronavirus böhranından ən az itki ilə çıxmaqdayıq. Hal bu ki, ABŞ-da vəziyyət başqa cürdür".
ABŞ-da koronavirusla mübarizədə güclü idarəetmə üsulunun olmamasını tənqid edən Putin deyib: "Məncə ABŞ-da problem orasındadır ki, qurum və partiya maraqları cəmiyyət və xalqın maraqlarından üstün tutulur. O, sonra deyib: "Düşünmürəm ki, Rusiyada hökumət və ya yerli orqanlarda kimsə olsun ki, dövlət və ya prezidentin dediyinə əməl etmək istəmədiyini söyləsin".
V.Putin müsahibənin davamında ölkəsində başqa ölkələr tərəfindən hazırlanan hipersəs silahlarla mübarizə vasitələrinin hazırlanmasından xəbər verib.
342/