12 may 2020 - 11:48
İran ABŞ-ın iddiasını təkzib edib

İran Xarici İşlər Nazirliyinin sözçüsü dünən axşam Amerikanın Tehranın məhbuslar mübadiləsini ləngitməsinə dair iddiasına cavab verib.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,«Cəfəngiyyatlara son qoyun!»- bu sözləri tvitter-də yazan Seyyed Əbbas Mousəvi sonra bildirib: SahrAzeri xəbər verir:İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif 2018-ci ilin sentyabrından «qlobal məhbuslar mübadiləsi» məsələsini irəli sürüb və Amerika hökumətindən istəyibdir ki, bu ölkədə və digər ölkələrdə girov saxlanılan iranlılar qarşısında məsuliyyətlə hərəkət etsin.

Mousəvi sonra vurğulayıb: Amerika hökuməti indiyədək laqeydlik edərək, bu ölkədə və digər ölkələrdə girov saxlanılan iranlıların həyatlarını təhlükəyə salıbdır.

Amerika daxili təhlükəsizlik məsələləri nazirinin müavini Ken Kuçinli bir tvitter mesajında İranı məhbuslar mübadiləsini ləngitməkdə ittiham edibdir.