Əhli-beyt Beynəlxalq Xəbər Agentliyi - ABNA- məlumatına görə, Peyğəmbəri-Əkrəmin (səlləllahu əleyhi və alih) və İmam Cəfər Sadiqin (əleyhi səlam) mövludu münasibətilə və Vəhdət Həftəsinin qeyd olunması şərəfinə “Müsəlmanların vəhdəti şəhid rəhbərin baxışında” mövzusu ilə elmi vebinar keçirilir.
Vebinarda Şiə dünyasının tanınmış uləmaları fikirlərini bölüşəcəklər.
Məruzəçilər Ayətullah Seyid Həsən Amili, Ayətullah Əli Furuği, Höccətül-islam vəl-müslimin Seyid Elman Ağazadə və Ustad Hacı Zülfüqar Mikayılzadədir.
Vebinara moderatorluğu Şeyx Nəsimi Lənkərani edəcəklər.
Vebinarın başlanma tarixi və saatı:
Bazar günü, 30 avqust 2026-cı il
Azərbaycan vaxtı ilə 21:00
Türkiyə və Rusiya vaxtı ilə saat 20:00
Tehran vaxtı ilə: 20:30
Vebinara Google Meet platforması vasitəsilə qoşulmaq üçün aşağıdakı keçidə daxil olmaq mümkündür:
https://meet.google.com/afu-hvth-xhi
Həmçinin Google Meet tətbiqini açaraq aşağıdakı kodu daxil edin:
afu-hvth-xhi
Bütün maraqlananları bu mənəvi və elmi görüşdə iştiraka dəvətlidirlər.
Sizin rəyiniz