25 yanvar 2020 - 09:18
ABŞ terrorizminin aşkar nümunəsi

İran Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ Dövlət Departamentində “İran fəaliyyət qrupu”nun İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandanını terror etməklə təhdidə dair həyasızcasına sözlərini pisləyib.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ABŞ Dövlət Departamentində “İran fəaliyyət qrupu”nun sədri Brayan Hook dünən Davosda Dünya İqtisadi Forumunun kənarında Əlşərquləusət qəzetilə müsahibədə həyasızcasına deyib ki, şəhid general Qasem Soleymaninin canişini olan general Esmail Qaani əgər onun yolunu gedərsə, oxşar bir taleyə düçar olacaqdır.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyyed Əbbas Mousəvi ABŞ Dövlət Departamentinin bu rəsmisinin sözlərini bu ölkənin məqsədyönlü dövlət terrorizminin üz çıxarılması və rəsmən əyaniləşdirilməsi adlandırıb.

Musəvi söyləyib: Amerika sionist rejimdən sonra öz silahlı qüvvələri və dövlət imkanlarını terror hərəkətləri üçün işə götürdüyünü və bu işi gələcəkdə də davam etdirəcəyini dövlət səviyyəsində etiraf edən ikinci rejimdir.

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Amerika rejiminin terror hərəkətlərinə üz tutmasını bu rejim başçılarının başlarını itirmələri, acizlikləri və zəifliklərinin nişanəsi adlandırıb və dünya ictimaiyyətindən istəyibdir ki, bu hərəkətləri və dövlət terrorizminə təşviqi pisləsin, zira bu prosesin davam etməsi gec-tez hamının yaxasından yapışacaqdır.

İraq rəsmilərinin rəsmi dəvətilə yanvarın 3-də bu ölkəyə səfər edən İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandanı general-leytenant Qasem Soleymani Əlhəşduşşəbi-nin rəis müavini Əbu Məhdi Əlmuhəndis və 8 digər nəfərlə yanaşı təcavüzkar və terrorçu amerikan qüvvələrin Bağdad hava limanının yaxınlığına qarşı hava hücumunda şəhid edildi.

Amerikanın bu cinayəti beynəlxalq səviyyədə geniş səviyyədə pislənibdir.

...........
340