ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İraq Hizbullahı batalyonlarının sözçüsü Muhəmməd Muhyi Livanın Əlməyadin telekanalı ilə müsahibədə deyib: İraqda yerləşən amerikalı hərbçilərlə qarşılaşmaqdan savayı, heç bir yol yoxdur və müqavimət mehvəri tam hazırlıqla İraqın geniş bölgələrində amerikalı hərbçilərlə mübarizə aparacaq.
Muhəmməd Muhyi vurğulayıb: İraq hökuməti amerikalı hərbçilərin bu ölkədən çıxmaları üçün bütün lazımi vasitələrdən istifadə etməlidir.
İraq Hizbullahı batalyonlarının sözçüsü həmçinin söyləyib: Heç bir iraqlı, şəhid sərkərdə Qasem Soleymaninin İŞİD terrorçularını məğlub etmək üzrə cəbhənin ön xətlərindəki iştirakı və rolunu unuda bilməz.
............
340