ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İranın raket cavabından sonra Əynuləsəd bazasında olmağa müvəffəq olmuş CNN müxbiri bu bazadan verdiyi reportajının davamında amerikalı hərbçilərlə də danışıb.
CNN müxbiri öz reportajında deyib: Bura hərbçilərin yataqxanası olub və burada yaşayan hərbçilər var-yoxlarını itiriblər. Tanınmaq üçün demək olar ki, bir şey qalmayıbdır. Çünki bu konkret nöqtəni təsir altına alan raket zərbəsindən bir neçə saat sonra buranı alov bürüdü.
CNN müxbiri deyib: O, polkovnik-leytenant Stisi Kelmandır. Biz bütün günü söhbət etmişik; Bizə həmin gecədən danışın, həmin hadisə necə başladı? Bizə şərh edin.
Stisi Kelman dedi: Hətta şərh etməyi belə çox çətindir. Olduqca qorxunc idi. Komanda-nın bəzi üzvləri və mən özüm, o yeraltı sığınacaqlarda gizləndik. Birinci raket atılarkən atışdan irəli gələn titrəyişi hiss etdik. Hətta yeraltı sığınacaqda təzyiq o qədər güclü idi ki, sığınacağın qapısı açılıb-örtüldü. Təqribən atışların yeddisi bizim olduğumuz sığınacağın çox yaxınlığına düşdü. Belə ki, raket atışlarından hər birindən irəli gələn titrəyişləri hiss edirdik. Çox qorxunc idi.
...........
340