31 yanvar 2018 - 17:27
Ayətullah İsa Qasım cərrahiyyə əməliyyatı olunacaq

Əl-Vifaq cəmiyyətinin bəyanatı: “Ayətullah İsa Qasım 10 gündür ki, özünü pis hiss etməyə başlayıb və təcili əməliyyata ehtiyacı var. O, rejimin əməliyyatını təxirə salmasına və əməliyyatın başlamasını yubadmasına görə təəccüblənib. Ali Xəlifə rejimi tamamilə qərəzli şəkildə Şeyxin xəstəxanaya yerləşdirilməsinin qarşısını almağa çalışır”.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Bəhreyndə müxalifətin ən böyük təşkilatı olan Əhli-Beyt (ə) ardıcıllarının Əl-Vifaq cəmiyyəti bəyanat verərək, Ayətullah İsa Qasımın yaxın saatlar ərzində xəstəxanaya yerləşdiriləcəyini açıqlayıb.

Məlumata görə, bəyanatda Ayətullah İsa Qasımın mühüm bir əməliyyat üçün xəstəxanaya yerləşdiriləcəyi bildirilib: “Ayətullah İsa Qasım 10 gündür ki, özünü pis hiss etməyə başlayıb və təcili əməliyyata ehtiyacı var. O, rejimin əməliyyatını təxirə salmasına və əməliyyatın başlamasını yubadmasına görə təəccüblənib. Ali Xəlifə rejimi tamamilə qərəzli şəkildə Şeyxin xəstəxanaya yerləşdirilməsinin qarşısını almağa çalışır”.

Əl-Vifaq cəmiyyəti bəyanatında, bu 10 gün ərzində Al Xəlifə rejiminin Ayətullah İsa Qasımı vətəndaşlıqdan məhrum etdiyini də qeyd edərək, rejimdən bu kimi təzyiqlərinə son verməsini tələb edib.

Xatırladaq ki, Bəhreyndə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri 80 yaşlı Ayətullah İsa Qasım Ali Xəlifə rejimi tərəfindən 7 aydan artıq ev həbsində saxlanıldıqdan sonra, ilk dəfə dekabrın 4-ü səhhəti pisləşdiyi xəstəxanaya yerləşdirilmişdi və dekabrın 9-u əməliyyat olunmuşdu.

Ayətullah İsa Qasımın daimi ağrı və qanaxma ilə yanaşı, bud yırtığı, şəkər xəstəliyi və ürək xəstəliklərindən əziyyət çəkdiyi bildirilir. Deyerler.org

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır