Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : abna24.com
cümə

24 mart 2017

15:57:02
819711

Bəhreyn xəbərləri...

Başından Vurulan 18 Yaşında ki Bəhreynli şiə Gənc Şəhadət Məqamına Nail Oldu / FOTO + VİDEO

18 yaşında ki Bəhreynli '' Mustafa Hamdan '' adlı şiə gənc təxminən 2 ay əvvəl al-Xəlifə rejimi əsgərləri tərəfindən başından vurularaq yaralanmışdı. Bu gün xəstəxanadan verilən açıqlamada; Mustafa Hamdan-ın bu gün səhər şəhid olduğu məlumatını verilib.

Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə - Al-Xəlifə rejimi əsgərləri, keçən ay ad-Deraz bölgəsində Bəhreyn Şiələrinin lideri '' Ayətullah Şeyx İsa Qasim-in evinin ətrafında dinc aksiya keçirən xalqa hücum etmişdir.

Ad Deraz bölgəsində 9 aya yaxındır ki, Şex İsa Qasimin qanunsuz mühakiməsinə etiraz edən xalq toplaşaraq rejimə öz etirazlarını bildirirlər. Bu aksiyalar zamanı çoxlu sayda bəhreyn vətəndaşı zalım rejimin ordusu tərəfindən şiddətə məruz qalıb.


Digər tərəfdən Bəhreyn rejim məhkəməsi Rza, Cəfər, İbrahim '' adlı 3 Şiə gənci terror təşkilatı qurmaq, qanunsuz silah daşımaq və bombalı hücum təşkili və bir polis məmurunun öldürülməsində günahlandıraraq edama məhkum edilib.

Bəhreyn İnsan Haqqları Təşkilatları, qərara etiraz edərək, ifadələrin işcəncə altında alındığını bildirib.
Bəhreyn xalqı ədalət, azadlıq və ayrı-seçkiliyə son verəcək bir hökumətin vəzifəyə gəlməsini istəyir.

Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!